IQNA

Şiələr Həzrət Zəhra (s) üçün rövzə (əzadarlıq) məclisləri keçirməyə ciddi yanaşsınlar

19:14 - April 11, 2013
Xəbər sayı: 2517835
İctimai qrup: Ayətullah Üzma Seyid Məhəmmədəli Ələvi Gorgani keçən gecə dəftərxanasında keçirilən "Fatimiyyə (s)" toplantısında dedi: "Fatimiyyə" – (Həzrət Zəhra (s) adına günlər), məclislərinin keçirilməsi (şiəliyin yayılması və tanınması üçün) çox dəyərlidir və şiələr Həzrət Zəhra (s) üçün rövzə (əzadarlıq) məclisləri keçirməyə ciddi yanaşsınlar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Müqəddəs Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə Ayətullah Üzma Seyid Məhəmmədəli Ələvi Gorgani keçən gecə (10 aprel) dəftərxanasında keçirilən "Fatimiyyə (s)" günləri toplantısında dedi: "Fatimiyyə" – (Həzrət Zəhra (s) adına günlər), məclislərinin keçirilməsi (şiəliyin yayılması və tanınması üçün) çox dəyərlidir və şiələr Həzrət Zəhra (s) üçün rövzə (əzadarlıq) məclisləri keçirməyə ciddi yanaşsınlar.
Ayətullah Üzma Ələvi Gorgani dedi: "Həzrət Zəhra (Allahın salamı olsun ona və övladlarına) Qiyamət günü həqiqi şiələri və onu həqiqətən sevənləri şəfaət edəcək. (Bunun üçün isə) Dünyada elə rəftar etməliyik ki, dünyada və Qiyamət günü Həzrət Zəhradan (s) və atası Rəsulullahdan (s) xəcalətli olmayaq... Biz Həzrət Fatimə (s) bəyənən mədəniyyətlə və onun mənəvi həyat tərzinə uyğun yaşamalıyıq... "Fatimiyyə" – (Həzrət Zəhra (s) adına günlər), məclislərinin keçirilməsi (şiəliyin yayılması və tanınması üçün) çox dəyərlidir və şiələr Həzrət Zəhra (s) üçün rövzə (əzadarlıq) məclisləri keçirməyə ciddi yanaşsınlar... Həzrət Zəhra (s) atasından (s) sonra çox çətinlik və əziyyətlər gördü... (İmam Əliyə (s) Qədir-Xumda beyət edib və Peyğəmbərdən sonra) Əhdini pozanlar ("Məvəddət" – (Şura/23) ayəsinə göz yumanlar) həyasızcasına Həzrət Zəhranın (s) evinə hücum etdilər. Qabırğalarını sındırdılar. Dünyaya gəlməmiş balasını öldürdülər. Qollarını əzdilər və ona zərər verdilər... O xanım (s) çox zülmlər gördü... İnşaallah ki, İmam Mehdi (ə.c) zühur edəcək və anası Zəhranın (s) bu günə qədər sirr olaraq qalmış müsibətlərinin üstünü açacaq. O zaman bəşəriyyəri xilaskarı İmamın (ə.c) dilindən ana rövzəsi eşidəcəyik...".

1211453
captcha