IQNA

23:44 - April 17, 2013
Xəbər sayı: 2520569
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei Amerikanın və İnsan haqları iddiaçılarının günahsız insanların qətliamı qarşısında məntiqsiz və paradoksal rəftarına işarə edərək dedi: Amerika və digər insan haqları iddiaçıları Pakistan, Əfqanıstan, İraq və Suriyada qətliam olunan günahsız insanların öldürülməsi barədə sükut edir, amma Amerikada bir-iki partlayışa görə dünyanı qarışdırırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei bu gün 17 aprel çərşənbə günü İran Islam Respublikasının ordu komandanlarının bir qrupunun o həzrətlə görüşləri zamanı sonra belə bildiriblər: Amerika və İnsan haqları iddiaçıları Pakistan, Əfqanıstan , İraq və Suriyanın günahsız xalqlarının qırğını haqda sükut edirlər. Amma Amerikada bir neçə partlayışın baş verməsindən sonra bütün dünyanı qalmaqalla doldurdular.
İslam İnqilabının Böyük Rəhbəri sonra bel buyurublar: Özlərini başqalarından üstün bilən Amerika və Qərbin bu əhval ruhiyyələri onların süqut və dağılma amilləridir. Amma İslam quruluşunda hakim olan məntiqli düşüncələr dərin və əbədi bir sivilizasiyanın əsaslarıdır.
Həzrət Ayətullah Əl-Üzma Xamenei sonra belə əlavə ediblər : İİR İslam məntiqinə əsasən Amerikanın Boston şəhərində ya da İraq və Suriyada baş verməsindən asılı olmayaraq hər cür partlayış və günahsız xalqın qırğın edilməsi ilə müxalifdir.
Həmin görüşdə Sılahlı Qüvvələrin Ali Baş Komandanı 8 illik müqəddəs müdafiə dövründə müharibədə əlil düşmüş canbazlara öz ülvi duyğularını göstərərək onları təqdir etdilər.
1214348

Ad:
E-poçt:
* Comment:
* captcha: