İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə Nizami Baloğlanov - Moskvanın "Əhli-Beyt (ə)" cəmiyyətinin rəisi, həftənin şənbə günü aprel ayının 20-də xəbər verib ki, son on ildə müsəlmanların sayının tədricən coxaldığını deyib. O, əlavə edib ki, Müqəddəs İslam dini son və kamil din olaraq Allah-Taala tərəfindən bərabərlik, qardaşlıq, sülh, dostluq və insanlara dəyər vermək kimi məsələləri açıqlayaraq çoxlarının diqqətini özünə çəkmişdir. Elə bu kimi məsələlər müsəlmanlar sayının təkcə Rusiyada deyil bütün dünyada çoxalmağına səbəb olmuşdur.
"Əhli-Beyt (ə)" cəmiyyəti Moskvanın Əhli-Sünnə məscidində yerləşir. Bu cəmiyyətinin doğru təbliğ yolu və Allahın köməkləri sayəsində çox sayda insanı İslam dininə yönələtmişdir.
Qeyd edək ki, "Əhli-Beyt (ə)" cəmiyyəti Rusiyada yeganə şiə təşkilatıdır ki, burada yaşayan azərilərin təşəbbüsü ilə yaradılmışdır.
1216107