İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "Əl-Mənar" TV kanalının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə dünən 2 may 2013-cü il "Hizbullah" – (Livan İslam Müqaviməti Hərəkatı) bəyaniyyə yayaraq terroristlərin anti-şiə və düşmənçilik mövqeyindən çıxış edərək Peyğəmbərin (s) səhabəsi və İmam Əlinin (ə) vəfadar və şücaətli şiəsi "Hücr bin Ədi"nin qəbrini açmalarını və cənazəyə edilən təhqiri məhkum etdi.
Bəyaniyyədə deyilir: Seyid Həsən Nəsrullah – Hizbullahın baş katibi – (Livan İslam Müqaviməti Hərəkatı), iki gün öncədən dini və məzhəbi müqəddəslərə hörmətsizlik ediləcəyi barədə xəbərdarlıq etmişdi və biz belə bir çirkin cinayətin başa verə biləcəyini ehtimal vermişdik.
Müsəlmanların yanında hörmətli və müqəddəs sayılan məqbərələrdən olan "Hücr bin Ədi"nin qəbrinə və cənazəsinə hörmətsizlik terrorizim və vəhabi cinayətidir ki, heç bir dinin müqəddəslərinə ehtiram və sayğı ilə yanaşa bilmirlər.
Hardadır Suriya dövlətinin müxalifləri ki, deyirdilər dini məqbərə, türbə və başqa etiqad simvollarımı qoruyacaqlar?!
"Hizbullah" aidiyyatı üzrə bütün təşkilatlardan tələb edir ki, öz vəzifələrinə əməl edərək fitnələrin qarşısını alsınlar.
1221852