İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Şeyx Məhəmməd bin Yəqub Kuleyninin xatirə mərasimi bu gün cümə axşamı günü may ayının 9-da Tehranın Beynəlxalq Kitab Sərgisinin "Əhli-Qələm" toplanış sarayında keçirilmişdir. Bu toplantıda Quran və Hədis Elmləri Tədqiqatçıları, o cümlədən Hüseyn Ustadvəli, Mənsur Pəhləvan və Dr. Məcid Maarif - Tehran Universitetinin Elmi Heyət Üzvləri, iştirak etmişlər.
Pənsur Pəhləvan: "Baxmayaraq ki, şiələrin hədis məcmuələri əhli-sünnətin "sihah əs-sittə"sindən sonra az bir fasilə ilə yazılmışdır. Amma, deməliyik ki, şiələr Peyğəmbər (s) zamanında üzü bəri heç vaxt hədis yazmağı tərk etməmişlər. Sünnilərin əksinə olaraq ki, İslamın ilk 150 ilini, yəni Ömər bin Xəttab zamanından – (ki, Ömər hədis yazmağı qadağan etmişdi) – Əməvi xəlifəsi Ömər bin Əbdüləzizin zamanınadək hədis yazmadılar. Əhli-Sünnət cərəyanında hədisin yazılışı (guya Quranla qatışar deyərək) qadağan olduğu zaman şiələr İmam Əlidən (s) və sonrakı İmamlardan (ə) eşitdiklərini yazmışdılar. Və bu hədis yaddaştlarını səhabələr bir-birinə ötürürdülər. Bu hədis yaddaştları (kitab və səhifələrdə) toplnamış və kiçik qeybətə yaxın dövrdə bunların sayı 400 yüzü keçmişdi. Bu 400 hədis kitab və səhifələri şiələr arasında "Üsulul-ərbə-miə" adı ilə məşhurdur (ki, sonralar mövzular əsasında və oxumaq üçün daha rahat və asan olan hədis məcmuələri yazıldığı üçün onlara az müraciət olunmuş, nəticədə onların çoxu itmişdir və bu gün günümüzə onlardan 16 ədədi gəlib çatmışdır).
Qeyd edək ki, Şeyx Kuleyni və onunla bir əsrdə yaşamış böyük şiə mühəddisləri öz hədis məcmuələrini həmin 400 "üsul"dan və İmamların (ə) təsdiqlədiyi başqa hədis kitablarından istixrac etmiş və yazmışlar.
Şeyx Küleyni "Əl-Kafi" kitabını 20 il ərzində sözü gedən 400 "üsul"dan istifadə edərək və iki İmamın (İmam Əli Nəqi Hadi və İmam Həsən Əsgəri -ə-) səhabəsi olmuş Əli bin İbrahim bin Haşim Qumidən eşidərək yazmışdır. Bu məsələ Şeyx Kuleyninin "Əl-Kafi" kitabının sənədlərini araşdırarkən də çox dəqiqliklə aydın olur. Çünki Şeyx Kuleyninin sənədlərində ki, səhabələrin çoxunun İmamdan (ə) eşidərək yazıdığı "üsul"u olmuşdur.
Dr. Məcid Maarif: Şiənin "üsulul-ərbəə-miə"dən istifadə edilərək 4-cü və 5-ci Hicri-Qəməri əsrlərində yazılmış kitablarının ən məşhurları "kutub-əl-ərbəə" adı ilə məşhurdur. Bunlar Şeyx Əbu Cəfər Məhəmməd bin Yəqub Kuleyninin "Əl-Kafi", Şeyx Əbu Cəfər Məhəmməd bin Əli bin Babəvəyhin "Fəqihu Mən La Yəhzuruhul-Fəqih" və Şeyx ət-Taifə Əbu Cəfər Məhəmməd bin Həsən Tusinin "Ət-Təhzib" və "Əl-İstibsar" kitablarıdır.
4-cü və 5-ci əsrlərdə İslam hökmləri və İlahi maarif müxtəlif hədis kitablarında və "üsul"larda İmamlardan eşidilərək yazılmış və pərakəndə halında qalmışdı. Əgər bir nəfər bir hədisi axtarsa idi gərək günlərlər vaxt sərf edəydi ki, istədiyi hədisi tapsın. Şiə alimləri bu çətinliyi nəzərə alaraq və pərakəndə səhifələrin bir gün məhv olacağını düşünərək böyük hədis məcmuələri yazmağa başladılar. Bu işdə ilk önə düşən Şeyx Kuleyni oldu. O, Əl-Kafi kitabını İmam Zaman (ə) kiçik qeybətdə olarkən yazdı və Bağdad alimlərinə oxudu və orada tədris etdi. Buna görə də Şeyx Kuleynin sənədlərində onunla Məsum (ə) arasına 3 və ya 4 vasitə olan hədislər daha çoxdur.
O, bu kitabı yazmaq üçün ən azı 69 nəfər böyük hədis ustadlarından hədis öyrənmişdir. Təkcə Əli bin İbrahim bin Haşimdən ki, İmam Əli ən-Nəqi və İmam Həsən Əsgərinin (ə) səhabəsi olmuşdur 5626 hədis rəvayət etmişdir.
Onun ikinci əsas ustadı Məhəmməd bin Yəhya Əl-Əttar Qumi olmuşdur ki, bu şəxsdən də 4835 hədis rəvayət etmişdir.
Onun digər tanınmış hədis ustadlarından Əli bin Məhəmməd Əlan Küleyni, Əhməd bin Məhəmməd bin İsa, Əhməd bin Məhəmməd bin Xalid və Səhl bin Ziyada işarə etmək olar ki, bunlardan da ümumilikdə 4047 hədis rəvayət etmişdir.
Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi böyük "Əl-Kafi" əsərini 20 il vaxt sərf edərək "Üsul – Füru – Rövzə" kimi üç böyük hissəyə ayıraraq səkkiz cilddə yazmışdır. Bu kitabda 16 mindən yuxarı hədis toplanmışdır.
Mərhum Siqətul-İslam Məhəmməd bin Yəqub Küleyni Razi, indiki Tehranın ətrafında yerləşən Rey şəhərinin Külyen kəndində anadan olmuşdur. O, ilk təhsilini atasından almış və sonradan Qum şəhərinə gələrək burada böyük hədis ustadlarından hədis öyrənmişdir.
O, Qumda Hədis və Hədis elmlərini öyrənərk şiənin ən mühüm hədis irsi sayılan "Əl-Kafi" əsərini yazdı. O, "Əl-Kafi"ni yazdıqdan sonra Bağdada gedir bə orada bi kitabı hədis öyrənmək və eşitmək istəyənlərə tədris edir. Onun bu tədrisi İmam Mehdinin (ə.c) kiçik qeybət və xas naiblərin yaşadığı dövrə təsadüf edir.
Şeyx Kuleyni hicrinin 329-ci ilində Bağdadda vəfat etmişdir. Müqəddəs məzarı Kazimeyn şəhərində İmam Musa Kazim və İmam Məhəmmə Təqinin (ə) məzarı olan ziyarətgahdadır.
1225426