İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə dünən (4 iyun) İran İslam Respublikasının Beynəlxalq Quran yarışlarının 30-cu turunun 4-cü günü müxtəlif ölkələrdən olan 22 nəfər arasında yarış davam edib. Əhməd Zulhafiz Əg Təngah (Brunoi), Əhməd Mənsur Həsən Məhfuz (Bəhreyn), Məhəmməd Kərbəlayi (Avstriya), Ədülvahid Seyid Əmmar (Kumor), Məhəmməd Əfəndi (Tayland), Əbdülvədud Marika (Senegal), Məhəmməd bin Fuzi Əl-Fərəc (Ərəbistan), Məhəmməd İqbal (İndenoziya), Lətif Ənsar (Serbistan) və Ruslan Qasımov (Azərbaycan) Qiraətin 14 fənni üzrə yarışda iştirak ediblər.
Bundan əlavə Filippin, Hindistan, Sudan, Tayland, Misr, Nigeriya, Gine, Əfqanıstan kimi müxtəlif müsəlman ölkələrindən olan 8 nəfər Quran Hafizi arasında da Quranın hifzi üzrə müsabiqə keçirilib.
Xatırladırıq ki, bu yarışlar (İran Beynəlxalq Quran Müsabiqəsinin 30-cu turu) keçən həftənin Cümə günündən İranın paytaxtı Tehranda öz işinə başlayıb və bu həftənin Cümə gününədək davam edəcəkdir.
1238583