IQNA

Həzrət Məsumənin (ə) ziyarətgahında "Mehdiçilik" sərgisinin açılış mərasimi keçirildi

23:47 - June 20, 2013
Xəbər sayı: 2549957
Quran üzrə fəaliyyətlər qrupu: Həzrət Bəqiyyətullahil-Əəzəm Sahibuzzəman İmam Mehdinin (ə.f) təvəllüdü günlərində Həzrət Məsumənin (ə) ziyarətgahında "Mehdiçilik" sərgisi bu gün (20 iyun) işə başladı. "Mehdiçilik" sərgisinin açılış mərasimi Həzrət Məsumənin (ə) ziyarətgahının rəhbəri və Qum şəhərinin Cümə İmamı Höccətül-İslam vəl-müslimin Səidinin və Qum şəhərinin İslam İrşadı və Mədəniyyəti idarəsinin rəisinin iştirakı ilə Həzrət Məsumənin (ə) ziyarətgahında keçirildi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə Həzrət Bəqiyyətullahil-Əəzəm Sahibuzzəman İmam Mehdinin (ə.f) təvəllüdü günlərində Həzrət Məsumənin (ə) ziyarətgahında "Mehdiçilik" sərgisi bu gün (20 iyun) Həzrət Məsumənin (ə) ziyarətgahının rəhbəri və Qum şəhərinin Cümə İmamı Höccətül-İslam vəl-müslimin Səidinin və Qum şəhərinin İslam İrşadı və Mədəniyyəti idarəsinin rəisi İsmailitəbanın iştirakı ilə Həzrət Məsumənin (ə) ziyarətgahında işə başladı.
Sərgi Həzrət Məsumənin (ə) ziyarətgahı, İmam Mehdi (ə.f) müəssisəsi, Qum Elmi Dini Hövzəsinin Mehdiçilik (ə.f) ixtisaslı mərkəzi və İmam Mehdi (ə.f) köməkçiləri mədəni birliyinin həmkarlığı ilə keçirilir.
Sərgidə İntizar, Düşmən tanıma, Vilayəte fəqih, Təvəllüddən rəcətə sarı, Mehdiçi ailə, Mehdiçilik dərsləri, "Əhdi-əzim" və Zühura sarı adlı otaqlar sərgilənmişdir ki, hər otaq ünvanına uyğun mövzuları ehtiva edən Mehdiçilik mədəniyyəti və maarifini aşılayan məhsulları təqdim edəcəklər.
Bu sərgi iyun ayının 20-dən 25-dək Həzrət Məsumənin (ə) ziyarətgahının "Cəadul-əimmə" səhnində yerləşən daimi sərgi salonunda keçiriləcəkdir.

1245681
captcha