IQNA

Mehdi Şayiq – İranlı Quran Qarisi, Tunisin beynəlxalq Quran yarışlarında iftixar yaratdı

1:13 - August 31, 2013
Xəbər sayı: 2582284
Beynəlxalq qrup: Tunisin Beynəlxalq Quran Yarışlarının 3-cü turu dünən avqust ayının 29 –da İranlı Quran Qarisi "Mehdi Şayiq"in "Qiraət və Təcvid" sahəsində birinci yeri qazanması ilə sona çatdı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Binaanews" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Tunisin Beynəlxalq Quran Yarışlarının 3-cü turu dünən avqust ayının 29 –da İranlı Quran Qarisi "Mehdi Şayiq"in "Qiraət və Təcvid" sahəsində birinci yeri qazanması ilə sona çatdı.
Tunisin Beynəlxalq Quran Yarışlarının 3-cü turunun bağlanış mərasiminə Nuruddin Xudami – Tunis Dini İşlər Naziri, də qatılmışdı ki, İranın birinci yeri qazanan qarisinə "birincilik" mükafatı təqdim etdi.
Üsamə Nəcib (Liviya), Əli bin Salihə (Tunis), Basim Əbdülqəni Ürvə (Mərakeş) və Fəthullah Qərneyn (İndenoziya) ikinci, üçüncü, dördüncü və beşinci yerləri qazana bilmişlər.
Tunis Quran yarışları avqust ayının 20-də "Şeyx Məhəmməd bin Yəluşa" turu adı ilə başlamış və avqust ayının 27-də işini sona çatdırmışdır. Bu yarışlarda 23 ölkədən 44 nəfər yarışçı iştirak edirdi.

1280139
captcha