IQNA

9:50 - October 21, 2015
Xəbər sayı: 3391017
Tehran(İQNA) - Fransa Milli Cəbhəsinin lideri Marine Le Pen müsəlmanların küçədə ibadətini nasist işğalı ilə müqayisə etdiyi üçün məhkəmə qarşısına çıxıb.

İQNA-nın İslam.az-a istinadən verdiyi xəbərə görə, Marine Le Pen rəhbərlik etdiyi partiya dekabr ayında keçiriləcək yerli seçkilərdə iki regionda qalib gələcəyinə ümid edir.

Le Pen çərşənbə axşamı keçirilən məhkəmənin önündə bildirib ki, o heç bir cinayət işləməyib və məhkəmənin keçirilmə tarixini tənqid edib. “Yerli seçkilərin keçirilməsinə bir ay qalıb və bu hadisə beş il bundan öncə baş verib,” o müxbirlərə bildirib.

Parisdə müsəlmanların küçədə ibadəti 2011-ci ildə qadağan edilib. Le Pen ictimai çıxışlarına görə istintaqa cəlb edilib və 2013-cü ildə Avropa Məhkəməsi tərəfindən toxunulmazlıq hüququndan məhrum edilib.

Təqsirli bilinərsə, onu bir ilə qədər həbs və 45 min avro dəyərində cərimə gözləyir. Fransa Müsəlmanları Şurası bildirib ki, onun çıxışı islamofobiya ab-havasını gücləndirib

Ad:
E-poçt:
* Comment:
* captcha: