Bu tədbir Oman İrs və Mədəniyyət Təşkilatının dəstəyilə və İslam Əməkdaşlıq Təşkilatının Katibliyi ilə koordinasiya şəklində, “İslam ölkələrinin inkişafı naminə mötədil və mütərəqqi bir mədəniyyətə doğru” şüarı ilə təşkil olunacaq.
Toplantıda İSESCO-ya üzv olan bir sıra ölkələrin mədəniyyət nazirləri, mədəniyyət sahəsində fəaliyyət göstərən İslam, Ərəb və Beynəlxalq təşkilatların bəzi ekspertləri və nümayəndələri iştirak edəcəklər.
İclasda həmçinin İslam dünyasında mədəniyyətin rolunun genişləndirilməsi layihəsi üzrə ümumi strategiya və Qərb mediasında İslam haqqında yazıların Beynəlxalq hüquq baxımından araşdırılması gözlənilir.
Maide.az