IQNA

Türkiyə şiələri Azərbaycan dövlətinin anti-İslam addımlarına qarşı etiraz aksiyası keçirdilər + FOTO

23:55 - December 16, 2015
Xəbər sayı: 3464090
Xarici şöbə: Türkiyə şiələri Nardaranın qanlı faciə qurbanları və şəhidləri ilə həmrəyliklərini elan edərək Azərbaycan dövlətinin rəsmilərindən tələb etdilər ki, tez bir zamanda şiələrin əleyhinə başladılmış təqib və təzyiq siyasətinə son qoysunlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aran news" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, etiraz aksiyasında onlarla Türkiyə vətəndaşları əllərində Nardaranda həbs edilən Hacı Tale və hicab məhbusları Mövsüm Səmədov, Hacı Abgül və s. əks etdirən plakatlarla öz etirazlarını bildiriblər. Aksiyaçılar eləcə də şərlənərək həbs edilənlərin dərhal azad edilmələrini fəryad çəkiblər.



Aksiyada həmçinin Əliyev rejimindən Nardarandan şəhid edilənlər və yaralanan dinc insanlara görə təqsirli bilinənlərin məhkum edilməsi istənilib.



Aksiya iştirakçıları Azərbaycanda eləcə də Nardaranda müsəlmanlara qarşı göstərilən təzyiq və təqiblərin dayandırılmasını tələb ediblər.



İstanbulda Azərbaycan konsulluğunun qarşısında keçirilən aksiyada Nardaranda baş verən hadisələr İsrailin sifarişi ilə həyata keçirildiyi vurğulanıb. Eyni halda İsrail və onun Azərbaycandakı nökərlərinə ölüm şüarları səsləndiriblər.



3463680









captcha