IQNA

İİR prezidenti:

İslami ölkələr İslamın həqiqi simasını tanıtdırmaqla insanların İslamdan səhv anlayışlarını düzəltməlidirlər

12:25 - January 02, 2016
Xəbər sayı: 3480018
Tehran, 2 Yanvar 2015 - İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani yeni milad ili ərəfəsində Həzrət Məhəmməd (s) və Həzrət Məsihin (ə) mövludu münasibətilə müsəlman dövlətlərinin ölkə başçılarına təbrik müraciəti ünvanlayaraq dedi: İslami ölkələr İslamın həqiqi simasını tanıtdırmaqla insanların İslamdan səhv anlayışlarını düzəltməlidirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının prezident aparatının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani yeni milad ili ərəfəsində və rəhmət, məhəbbət və sülh peyğəməri olan Həzrət Məhəmməd (s) və Həzrət Məsihin (ə) mövludu münasibətilə müsəlman dövlətlərinin ölkə başçılarına ayrı-aryılıqda təbrik müraciəti ünvanlayaraq dedi: İslami ölkələr İslamın həqiqi simasını tanıtdırmaqla insanların İslamdan səhv anlayışlarını düzəltməlidirlər. Ümidvaram ki, bundan sonra O həzrətin sünnəsinə və Quran-Kərimə əməl edərək dünyada müsəlmanlar və insanlar arasında qardaşlıq, sülh və dostluğun möhkəmlənməsinin şahidi olaq.

İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani bu ismarıcda dedi: "Biz bu gün elə bir şəraitdə mövlud həftəsi keçiririk ki, inkişaf etmək, qüdrətlənmək, birləşmək və gözəl yaşamaq üçün hər zamandakından daha çox O həzrətin (s) əxlaq və həyati sirəsinə əməl etməyə ehtiyaclıyıq. Biz çalışmalıyıq ki, əvvəlkindən daha çox çalışaraq məhəbbət, rəhmət, rəfət və inan haqlarını müdafiə etmək əsas prinsipi olan İslamın həqiqi simasını dünyaya tanıtdıraq və İslam haqqında zehnlərdə yaranmış qara təsvirləri məhv edək".

Dr. Həsən Ruhani əlavə etdi: Bu yöndə bütün müsəlmanların zorakılıq və radikalizm əleyhinə müştərək və birgə mübarizəsi lazım və zəruridir.

captcha