IQNA

Azərbaycanlı rəssam Hz. Nuh (ə) peyğəmbərin karikaturasını çəkdi

10:07 - October 24, 2016
Xəbər sayı: 3480917
Tehran, 24.10.2016 – Azərbaycanlı rəssam Hz. Nuh (ə) peyğəmbərin karikaturasını çəkib. Bu, sosial istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Azərbaycanlı rəssam Hz. Nuh (ə) peyğəmbərin karikaturasını çəkdi

İQNA, İslamazeri.az-a istinadla xəbər verir ki, Fərid Hüseynli adlı rəssam Hz. Nuh (ə) peyğəmbərin karikaturasını çəkib.

Allah rəsulunu gülünc formada əks etdirən rəssamın karikaturası, "Kirpi" adlı facebook səhifəsində paylaşılıb. Bu, sosial istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onların əksəriyyəti rəssamın əl işini tənqid edib.

Eyniadlı saytda dini ələ salan karikatura da dərc olunub. Həmin rəsmin müəllifi isə Şəhriyar Sarıca adlı şəxsdir.

İslam dininə görə, müqəddəs hesab olunan şəxslərin rəsminin belə çəkilməsi, yolverilməzdir.

Qeyd edək ki, ötən il Fransada nəşr olunan "Charlie Hepdo" adlı jurnalda İslam peyğəmbərinin (s) karıkaturası dərc edilmişdi. Jurnalın bu çapı müsəlmanların ciddi etirazına səbəb oldu.

captcha