İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "tgared.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əllamə Məhəmməd Ratib Nablusi – suriyalı mütəfəkkir və tanınmış dini mübəlliğ və Suriyanın "Quranın Ecazkarlığı Birliyi"nin rəisi, uzun müddətli bir xəstəlik dövrü keçdikdən sonra ömrünün 77-ci payızında İordaniyanın paytaxtı Oman şəhərində vəfat etdi.
O, Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olmuşdu. Çox vaxt Dəməşqin məcsidlərində dini dərslər tədris edirdi.
Nablusi 1999-cu ildə İrlandiyanın Deblin şəhər universitetində Tərbiyəvi Elmlər üzrə doktoranturanı "İslamda uşaqların tərbiyəsi" tezisinin müdafiəsi ilə bitirdi.
Onun bu müdafiə işi Suriyanın İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən çap və nəşr edildi.
Əllamə Məhəmməd Ratib 30 il müddətində Dəməşqin Tərbiyəvi Elmlər universitetində tədris etdi.
O bundan əlavə bir çox dini elmlərdə, o cümlədən təfsir, hədis elmləri, fiqh, sirə və tarixdə ustad idi.
Əllamə Nablusi Dəməşqin "Din Üsulları" universitetində "Quran və Sünnənin Elmi Ecazkarlığı Birliyi"ni təsis etdi və bu mövzuda dərs proqramları hazırlayaraq tədris edirdi.
O, Suriyanın "Nəhcul- İslam" juranlına nəzarət edir və atası Şeyx Əbdül-Ğəni Nablusinin imamlıq etdiyi məsciddə xütbələr oxuyur və Quran təlim edirdi.
Onun müxtəlif kitab və əsərləri çap və nəşr edilmişdir ki, bunlardan "Nəzəratun fil-İslam" (ingiliscəyə də tərcümə edilib), ingilscə yazdığı "Təəmmülatub fil-İslam", "əl-İsra vəl-Merac" və "Mosuətul ecaz əl-elmi fil-Quran vəs-sünnə" kitablarına işarə etmək olar.
http://iqna.ir/fa/news/3541487