IQNA

10:15 - August 20, 2017
Xəbər sayı: 3481989
Dünyanın on üç ölkəsindən olan alim və tədqiqatçıların iştirakı ilə şiəşünaslıq üzrə 5-ci beynəlxalq konfrans işə başlayacaq.

Qom şəhərində şiəşünaslıq üzrə beynəlxalq konfrans keçiriləcək

İQNA-nın Sahartv-yə istinadla verdiyi məlumatına görə, avqustun 27-dək davam edəcək bu beynəlxalq konfransda şiəliyin ən mühüm tarixvə etiqad mövzuları, o sıradan şiəliyin siyasi doktrinası; şiə və dialoq; şiə və qadınlar; ictihad və fitva; şiəliyin siyasi təfəkkürü; şiə əxlaqı; dualar və ziyarət; əzadarlıq və matəm mərasimləri; imamlıq;məhdəvilik doktrinası; şiə təfəkkürü mənbələri; şiəliyin meydana gəlməsi və formalaşması tarixi və müasir İran mövzularıaraşdırılacaqdır.

Bu beynəlxalq konfransda Kanadanın Toronto Universitetindən Kurt Riçardson, Amerikanın Harvard Universitetindən Vera Mironova, London Universitetindən Alena Kuliniç, Avstriyanın Qrats Universitetindən Ferenz Vinter, Türkiyənin Yaxın Şərq Araşdırmalar İnstitutundan Filiz Kartal, ABŞ-Pakistan Forman Xristian Kollecindən Çarlz Ramzi, İraqın Suleymaniyyə Universitetindən Edit Zanto, İspaniyanın Fransisko Viktoriya Universitetindən Xavyer Querrero və Kanadanın Vestren Universitetindən Kamran Əhməd iştirak edəcəklər.

Teqlər: iqna ، Quran ، İslam ، məscid ، Qom ، konfrans
Ad:
E-poçt:
* Comment:
* captcha: