IQNA

14:20 - August 23, 2017
Xəbər sayı: 3482010
Malaziyanın Beynəlxalq İslam Universiteti cari həftənin ikinci günü, Avqust ayının 21-də elan etdi ki, bu universitet hər il "dünya Quran saatı kampaniyası"na evsahibliyi edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın Beynəlxalq İslam Universiteti cari həftənin ikinci günü, 2017-ci ilin Avqust ayının 21-də elan etdi ki, bu universitet hər il "dünya Quran saatı kampaniyası"na evsahibliyi edəcəkdir və bundan sonra bu kampaniyanın keçirilməsi mərkəzi olacaqdır.

"NST" xəbər və informasiya portalının bu barədə verdiyi məlumata əsasən, "ümumdünya Quran saatı" kampaniyası hər ildə bir dəfə keçirilir. Bu il isə, müsəlmanların vəhdətinin gücləndirilməsi hədəfi ilə Malaziya beynəlxalq İslam universitetinin tələbələri bu kampaniyanı iki dəfə təşkil etdilər. Bu kampaniyaya əsasən, öncədən elan edilən müəyyən bir saatda bütün dünya müsəlmanları Quran qiraət edirlər. Bu qiraət həm Quran- Kərimi müsəlmanların ürəyində daha sevimli edir, həm müsəlmanları bir- birinə yaxınlaşdırır və həm də müsəlmanlar Quran hökmləri qarşısında məsuliyyət hiss daşıdıqlarını hiss edirlər.

Malaziyanın Beynəlxalq İslam Universiteti rəisi bu barədə dedi: "Ümumdünya Quran saatı" kampaniyası bu il mübarək ƏRƏFƏ günü ilə eynizamanda müsəlmanların vəhdətini gücləndirmək hədəfi ilə MBİU tərəfindən keçiriləcəkdir.

O əlavə etdi: Ümid edirik ki, bu kampaniya insanlara hər gün ən azı bir saat Quran oxumaq adətini öyrədəcək, Quranla mənus olmağı yayacaq və mənəvi həyat yaşamaq üçün kömək olacaqdır.

Datu Seri Zalha Kəməruddin - Malaziyanın Beynəlxalq İslam Universiteti rəisi, vurğuladı: Bu kampaniyanın keçirilmə hədəfi müsəlmanları Qurana qayıdışa həvəsləndirmək və Quranı həyat yolunda rəhbər qərar vermək və dünya müsəlmanları arasında vəhdət, sülh və dostluq yaratmaqdır.

http://www.iqna.ir/fa/news/3633289


Ad:
E-poçt:
* Comment:
* captcha: