IQNA

Myanma ordusunun Ruhingiya müsəlmanlarına qarşı hücumlarının qurbanlarının sayı artıb

12:32 - August 26, 2017
Xəbər sayı: 3482037
Myanma ordusunun Raxin vilayətində Ruhingiya müsəlmanlarına qarşı geniş hücumlarında ölənlərin sayı artıb.

Myanma ordusunun Ruhingiya müsəlmanlarına qarşı hücumlarının qurbanlarının sayı artıb

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla məlumat verir ki, Myanma ordusunun və ifratçı buddistlərin Raxin vilayətinin şimalında Maungdau bölgəsində Ruhingiya müsəlmanlarına qarşı geniş hücumunda 59 nəfər həlak olub və bir qrup yaralanıb.

Öncə bu hücumun qurbanlarının 22 nəfərdən ibarət olduğu bildirilmişdi.

Myanma ordusunun hücumları Ruhingiya müsəlmanlarını qəzəbləndirdi və onlar hərbi mərkəzlərə hücum edərək bir kapitan da daxil 11 polis zabitini öldürdülər.

Ötən aydan bəri Myanma hərbçilərinin Raxin vilayətində fəaliyyətinin gücləndirilməsi və müsəlmanlara qarşı repressiyaların artması ilə eyni zamanda minlərlə müsəlman öz ev-eşiyini tərk edərək Banqladeşə didərgin düşüb.

Myanma Asiyanın cənub şərqində yerləşir bu ölkə Ruhingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını rəsmən tanımır və onların banqladeşli mühacirlər olduğunu iddia edir.
captcha