IQNA

Türkiyəli "qəlbinur" qız 15 ayda Quranı əzbərlədi

0:00 - November 29, 2017
Xəbər sayı: 3482442
Türkiyənin Hatay əyalətindən olan Zeynəb Əsra Okur baxmayaraq ki, gözləri görmürdü, surə və ayələrin audio yazılışına qulaq asaraq, 15 ay müddətində Qurani-Kərimi tam əzbərlədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Hatay əyalətinin İzmir şəhərindən olan Zeynəb Əsra Okur baxmayaraq ki, gözləri görmürdü, surə və ayələrin audio yazılışına qulaq asaraq, 15 ay müddətində Qurani-Kərimi tam əzbərlədi.

Türkiyəli "qəlbunur" xanım gözdən əlil olmasına baxmayaraq Quran ustadının köməyi və həmçinin Quran tilavətinə qulaq asmaq metodu ilə on beş ay ərzində bütün Qurani-Kərimi əzbərləyə bilib.

Zeynəb Əsra Okur Türkiyənin "Anadolu Xəbər Agentliyi" ilə müsahibəsində Qurani-Kərimi hifz etməkdə gecə-gündüz ona kömək etmiş ustadına və İzmir şəhərinin "Dördyol Quran Hifzi Mərkəzi"nə təşəkkür edib.

Benyamin Bayraq (Türkiyənin Diyanət Bakanlığının nəzdində fəaliyyət göstərən dini işlər idarəsinin rəisi) bundan öncə vurğulamışdı ki, Türkiyədə 1976-cı ildən indiyədək rəsmi qeydiyyatdan keçmiş 128 min 440 nəfər Quran hafizi vardır.

Hazırda isə Türkiyənin Quran təlimi mərkəz və mədrəsələrində keçirilən Quran hifzi kurslarında 70 mindən çox şagird Quran öyrənirlər və bundan əlavə 5 min nəfərdə Quran təlimi kurslarında iştirak edirlər.

http://iqna.ir/fa/news/3667792


Teqlər: iqna ، türkiyə ، quran hifzi
captcha