İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin “Anadolu” xəbər və informasiya agentliyinin internet səhifəsinə istinadla verdiyi xəbərə görə, Binəli Yıldırım (Türkiyə cümhuriyyətinin baş naziri) Amerika dövlətinin Qüds barədə siyasətlərini tənqid edərək dedi: Yaxın gələcəkdə bütün dünya Fələstini rəsmi dövlət olaraq tanıyacaq.
Türkiyənin “Ədalət və İnkişaf” partiyasının Adrina şəhərində keçirilən altıncı konqresində iştirak edən Binəli Yıldırım (Türkiyə cümhuriyyətinin baş naziri) çıxışı zamanı Amerikanın prezidenti Donald Trampın müsəlmanların birinci qibləsi olan Qüds şəhərini işğalçı sionist rejimi İsrailin paytaxı elan etməsini məhkum və tənqid etdi.
Binəli Yıldırım bu çıxışda dedi: Son məsələlərdə Amerikanın prezidenti Donald Trampın özbaşınalıq edərək müsəlmanların birinci qibləsi olan QÜDS şəhərini işğalçı sionist rejimi İsrailin paytaxı elan etməsi ilə bütün dünya müsəlmanları və müstəqil dövlətlər müxalifət etdilər. İslam dünyası və xristianlar göstərdilər ki, Fələstin məsələsində fələstinliləri müdafiə edirlər.
Türkiyə cümhuriyyətinin baş naziri çıxışının digər bir hissəsində vurğuladı: Yaxın gələcəkdə bütün dünya Fələstini paytaxtı Qüdsi- Şərif olmaqla rəsmi dövlət olaraq tanıyacaq.