İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qüds şəhərinin Qiyamət kilsəsi qondarma İsrail rejiminin kilsənin əmlakına malik olmaq siyasətinə etiraz əlaməti olaraq üç gün müddətində tətil edilmişdi ki, dünən, həftənin üçüncü günü, 28 Fevral 2018-ci il, yenidən faəliyyətə başladı.
Qiyamət kilsəsi ortodoks, erməni və katolik kilsələri rəhbərlərinin işğalçı sionist rejiminin yeni siyasətlərinə etiraz hədəfi ilə bağlanmışdı.
İşğalçı sionist rejimi kilsənin torpaqları, əmlakı və vergilərinə malik olmaq niyyətində idi.
İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu etirazın ardınca öz niyyətindən geri çəkildiyini elan etdi.
Buna görə də dünən yerli vaxtla səhər saat 4:00-də ortodoks, erməni və katolik kilsələri rəhbərləri Qiyamət kilsəsinin qapılarının açılmasına icazə verdilər.
Qeyd edə ki, Qiyamət kilsəsi keçən həftənin bazar günü İsrail rejiminin siyasətlərinə etiraz olaraq öz fəaliyyətlərini dayandırdı və bu, üç gün davam etdi.
Fələstin, İordaniya və Livan rəsmiləri Qiyamət kilsəsinin bu addımını təqdirəlayiq hesab etdilər.
QİYAMƏT kilsəsi dünyanın ən məşhur və qədim kilsələrindən biridir ki, Beytül-Müqəddəsdə Həzrət İsanın (ə) dəfn edildiyi hesab olunan yerdə tikilmişdir.