IQNA

İranlı mütərcimin Quran tərcüməsi Seneqalın fotosərgisində paylanıldı

1:08 - March 07, 2018
Xəbər sayı: 3482869
İranlı professor və araşdırmaçı Əbul-Qasim Fəxrinin Fransız dilinə tərcümə etdiyi Qurani-Kərim nüsxəsi Seneqalın paytaxtı Dakarın universitetində keçirilən sərgidə camaata paylanıldı.

İranlı mütərcimin Quran tərcüməsi Seneqalın fotosərgisində paylanıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İranlı professor və araşdırmaçı Əbul-Qasim Fəxrinin Fransız dilinə tərcümə etdiyi Qurani-Kərim nüsxəsi Seneqalın paytaxtı Dakarın universitetində keçirilən sərgidə camaata paylanıldı.

Qeyd edək ki, cari həftənin birinci günü, 5 Mart 2018-ci il, Seneqalın paytaxtı Dakar şəhərində İran İslam Respublikasının məscidlərinin və təbii mənzərələrinin bir günlük fotosərgisi keçirilib.

Bu sərgi İranın Seneqaldakı Mədəniyyət İşləri İdarəsinin təşəbbüsü ilə keçirilib. Srəginin keçirilməsində Seneqalın Şeyx Antadyup universitetinin beynəlxalq əlaqələr şöbəsi də həmkarlıq etmişdir. Həmçinin İranın fotoqraflar birliyinin üzvü Daryuş Məhəmmədxani sərgidə iştirak edib.

http://iqna.ir/fa/news/3697571

توزیع قرآن مترجم ایرانی در نمایشگاه سنگال

توزیع قرآن مترجم ایرانی در نمایشگاه سنگال

captcha