İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Afrika ölkələrindən olan Namibiya respublikasının paytaxtı Vindhukda yerləşən ilk şiə məscidinin imamı bu ölkənin cavanlarının Quran mütaliəsini, İslam və Məsihiyyət barədə aylıq seminarların təşkilini və cavanlara İslami kitabların hədiyyə edilməsini onların İslamı qəbul etmələrinin əsas amili hesab edir.
Höccətul-İslam vəl-müslimin Əbulfəzl Səburi (din təbliğatçısı, Qurani və İslami kitabların müəllifi və Namibiya respublikasının paytaxtı Vindhukda yerləşən ilk şiə məscidinin imamı) İQNA ilə müsahibəsində dedi: Namibiya xristian ölkəsidir. Müsəlmanların, xüsusi ilə də şiələrin sayı bu ölkədə çox azdır. Bu ölkədə müsəlmanlar cəmi bir neçə ailə olsalar da İslam dininin təbliği azaddır və kimsə, təbliğə mane olmur.
O əlavə etdi: Namibiya respublikasının paytaxtı Vindhukda yerləşən QƏBA məscidinin imamı olduğum bu üç il müddətində xristianlar ilə görüşlərimiz olub. Onlara kitablar hədiyyə etmişəm. Bu müddətdə məscidimizə gələn iki məsihi cavanı İslam dinini qəbul etdiklərini rəsmi şəkildə elan etdilər. Bundan əlavə Əhli-Sünnə imamları ilə elmi söhbətlərimiz onlardan birinin şiə olmasına səbəb oldu. Və ilk dəfə idi ki, Qəba məscidində yerli şiə camaat namazına imam seçildi. Buna görə də yaxın günlərdə onu dini elmlərini təkmilləşdirmək üçün İrana ezam edəcəyik.
Səburi vurğuladı: Məsihilər, yəhudilər və müsəlmanlar məsciddə keçirilən dinlərarası konfranslarda iştirak edirlər.
O, məscidin Quran proqramları barədə dedi: Mübarək Ramazan ayında Misr qarilərindən birini dəvət edirik və məsciddə Quran təlimi dərsləri keçirilir.
Höccətul-İslam vəl-müslimin Əbulfəzl Səburinin bu Afrika ölkəsinin Qəba məscidindəki fəaliyyətləri ilə tanış olmaq üçün qarşıdakı linkdən VİDEO izləyə bilərsiniz.
http://iqna.ir/fa/news/3698301