IQNA

Ərəb diplomatları idda edir:

ABŞ Suriyanın komandanlıq mərkəzlərinə hücum edəcək

23:34 - April 11, 2018
Xəbər sayı: 3483016
Amerika və bəzi Avropa ölkələri Suriyanın hərbi qərargahlarını və komandanlıq mərkəzlərini vurmağa hazırlaşır və bunu yaxın günlərdə həyata keçirəcəkdir.

ABŞ Suriyanın komandanlıq mərkəzlərinə hücum edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bəzi diplomatik Ərəb mənbələri elan ediblər ki, Amerika və bəzi Avropa ölkələri Suriyanın hərbi qərargahlarını və komandanlıq mərkəzlərini vurmağa hazırlaşır və bunu yaxın günlərdə həyata keçirəcəkdir.

Ərəb xəbər agenliklərinin Suriyanın yerli mənbələrinə istinadən verdiyi xəbərdə deyilir ki, beynəlxalq koalisiya adlanan ABŞ, İngiltərə və Fransa hərbi təyyarələri Suriyanın cənub səmasında manevr edirlər və Suriyanın İraq ilə sərhəd olan Tənəf rayonunda çox aşağı məsafədə uçuşlar həyata keçirirlər.  

Digər tərəfdən isə ABŞ-ın informasiya portalları elan ediblər ki, Amerika rəsmiləri Suriyaya hücum etmək üçün təyyarə, gəmi və digər təchizatlarını tam hazır vəziyyətə gətiriblər və təkcə Donald Trampın əmrini gözləyirlər.

İsrail xəbər agentlikləri isə bu hücumun hər cür nəticəsi ilə üzləşməyə hazır olmaq üçün fövqəladə iş rejiminə keçib və Fələstin sərhədlərini "yəhudi bayramı" günləri bəhanəsi ilə mühasirəyə almışdır.

http://iqna.ir/fa/news/3704849

Teqlər: iqna ، abş ، israil ، suriya
captcha