IQNA

Suriya ABŞ-ın bu ölkəyə təcavüzünü məhkum etdi

0:28 - April 15, 2018
Xəbər sayı: 3483028
ABŞ və müttəfiqlərinin dünən səhər saatlarında Suriyaya havadan raket zərbələrinin endirməsinin dalınca Suriya dövləti bu təcavüzkarlığı məhkum etdi.

Suriya ABŞ-ın bu ölkəyə təcavüzünü məhkum etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ və müttəfiqlərinin dünən səhər saatlarında Suriyaya havadan raket zərbələrinin endirməsinin dalınca Suriya dövləti bu təcavüzkarlığı məhkum etdi.

Suriyanın xarici işlər nazirliyi bəyaniyyə yayaraq Amerika, İngiltərə və Fransa hərbi hava qüvvələrinin bu ölkənin torpaqlarını raket atəşinə tutmağını sərt tənqid edərək bu işi beynəlxalq hüquq və qanunların pozulması adlandırdı.

Suriyanın xarici işlər nazirliyi bəyaniyyə vurğulayıb ki, ABŞ və müttəfiqlərinin bu hücumları Suriya qoşunlarının işğal edilmiş ərazilərdə terroristlər ilə mübarizədə və onların bu ölkədən qovulması məsələsində irəliləməsinin qarşısını almaqdır.

Bu nazirlik həmçini vurğulayıb: Kütləvi qırğın silahları ilə mübarizə təşkilatının Suriyada bu məsələ ilə bağlı fəaliyyətə başladığı bir zamanda ABŞ və müttəfiqlərinin hücumlarının əsas hədəfi bu təşkilatın işinə maneə törətməkdir.

Qeyd edək ki, dünən, 14 Aprel 2018-ci il, həftənin şənbə günü, ABŞ və müttəfiqləri Suriyanın bir neçə əyalətinə raket hücumu ediblər. Bu hücumda Suriya torpaqlarına 100 raket atılıb.   

http://iqna.ir/fa/news/3705466

Teqlər: suriya ، hücum ، abş ، ingiltərə ، fransa
captcha