IQNA

Kövsər tv kanalının Quran yarışlarının qalibləri məlum oldu

14:45 - June 01, 2018
Xəbər sayı: 3483250
İran İslam Respublikasının "əl-Kövsər" peyk tv.kanalının keçirdiyi 11-ci televiziya Quran yarışlarının ikinci turunun qalibləri məlum oldu və 3-cü tur bu axşamdan davam edəcəkdir.

Kövsər tv kanalının Quran yarışlarının qalibləri məlum olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "əl-Kövsər" peyk tv.kanalının keçirdiyi 11-ci televiziya Quran yarışlarının ikinci turunun qalibləri məlum oldu.

İİR-nın "əl-Kövsər" peyk televiziya kanalının "İnnə lil-müttəqinə məfaza" devizi ilə keçirilən 11-ci beynəlxalq televiziya Qurani-Kərim yarışlarının 2-ci turunda dünyanın müxtəlif ölkələrində 38 nəfər qari iştirak edirdi ki, onların arasından 8 ən yaxşı qari yarımfinal mərhələsinə vəsiqə qazana bildilər.

Bu yarışların birinci turunda olduğu kimi ikinci turunda da İran İslam Respublikasının nümayəndələri birinci və ikinci yerləri tutublar.

İrandan Seyyid Səid Rəhimi və Məcid Ənnanpur bu yarışın ikinci turunda birinci və ikinci yerləri bölüşüblər. Misrdən Məhəmməd Əkməl Harun 3-cü, Əfqanıstandan Möhsin Şücayi 4-cü, İraqdan Əli Saidi 5-ci, İraqdan Malik Delfi 6-cı, Livandan Məhəmməd Əbdülhadi Şühəymi 7-ci və Məhəmmədtəqi Ənvəri 8-ci yerləri qazanıblar.

İİR-nın "əl-Kövsər" peyk televiziya kanalının "İnnə lil-müttəqinə məfaza" devizi ilə keçirilən 11-ci beynəlxalq televiziya Qurani-Kərim yarışlarının 3-cü turu bu axşam başlayır və Ramazan ayı boyunca hər gecə yerli vaxtla 23:30- canlı yayımla efirə buraxılacaq.

Bu yarışları İran, İraq, Suriya və Livandan olan hakimlər heyəti idarə edirlər.

http://iqna.ir/fa/news/3719468

Teqlər: iqna ، kövsər ، quran yarışları ، iran ، İraq ، livan
captcha