İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin Ali İslam Şurası müsəlmanların ali məqamlı rəhbəri Həzrət Ayətullah Ümza Seyyid Əli Hüseyni Xameneinin səhabələrə və Peyğəmbərin (s) xanımlarına ehtiramın vacib olması barədə fətvasını təsdiqləyən qanun layihəsi qəbul etdi.
Dünən, həftənin birinci günü, 25 İyun 2018-ci il, Əlcəzayirin Ali İslam Şurası Həzrət Peyğəmbərin (s) səhabələrinə və xanımlarına qarşı təhqirli sözlər işlətməyi haram elan edərək bu işin həm də Peyğəmbərin (s) özünə qarşı hörmətsizlik olduğunu və müsəlmançılıq ilə ziddiyyətdə olduğunu vurğuladı.
Bu şura bəyaniyyə yayaraq İran İslam Respublikasının ali rəhbəri Həzrət Ayətullah Ümza Seyyid Əli Hüseyni Xameneinin Həzrət Peyğəmbərin (s) səhabə və xanımlarını təhqir etməyin haram olması barədə fətvasının Əlcəzayirdə də keçərli olduğunu elan edib.
Əlcəzayirin Ali İslam Şurası şiələrin böyük təqlid mərcəsinin bu fətvasını müsəlman ümmətinin vəhdəti yolunda atılmış mübarək addım hesab edib.