IQNA

Etiraz yürüşlərini boğmaq üçün Bəhreynə 10 milyard dollar pul veriblər

6:52 - June 30, 2018
Xəbər sayı: 3483394
Bəhreynin zalim hakimiyyəti müxaliflərin etirazlarını boğmaq və xalqın kütləvi akisyalarını dağıtmaq üçün Ərəbistan, BƏƏ və Küveyt dövlətlərindən 10 milyard dollar həcmində maddi dəstək alıb.

Etiraz yürüşlərini boğmaq üçün Bəhreynə 10 milyard dollar pul veriblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika qəzeti "The New York Times" elan edib ki, Bəhreynin zalim hakimiyyəti müxaliflərin etirazlarını boğmaq və xalqın kütləvi akisyalarını dağıtmaq üçün Ərəbistan, BƏƏ və Küveyt dövlətlərindən 10 milyard dollar həcmində maddi dəstək alıb.

Qəzetin yazdığına görə, Bəhreyn hakimiyyəti 2011-ci ildən başlayan xalq etirazlarını yatırtmaq üçün Ərəbistan, BƏƏ və Küveyt dövlətlərindən 10 milyard dollar pul alıb.

Bu hesabatda deyilir ki, həmin pulların sayəsində əskəriyyəti şiələr olan xalq etirazlarında aksiyaçıların dağıdılması, əzilməsi və vurulması davam edir. Və bunun üçün həmin 10 milyard dollardan əlavə Səudiyyə Ərəbistanı Bəhreynə əlavə köməklər də göndərib.

کمک 10 میلیارد دلاری به بحرین برای سرکوب تظاهرات

Bəhreyndən gələn digər bir xəbər isə budur ki, bu ölkənin nüfuzlu mübariz ruhanisi Şeyx Əli Rəhmətin Apelyasiya məhkəməsi cari ilin Oktyabr ayınadək təxirə salınıb.

Qeyd edək ki, Ali-Xəlifə rejiminin muzdurları bu ölkənin nüfuzlu mübariz ruhanisi Şeyx Əli Rəhməti 2016-cı ilin Yanvar ayında Mənamənin Deraz qəsəbəsində Ayətullah Şeyx İsa Qasimin müdafiəsi üçün təşkil edilmiş etiraz aksiyasında iştirak edərkən həbs etmişdilər.    

http://iqna.ir/fa/news/3726185

 

captcha