IQNA

15:21 - July 06, 2018
Xəbər sayı: 3483422
Florensiya şəhərinin "Laurentsiya" kitabxanası tərəfindən düzənlənən sərgidə 11 min qədim və tarixi əlyazma nüsxə, o cümlədən Qurani-Kərimin yüzə yaxın qədim və nadir əlyazma nüsxəsi nümayiş olunub.

İtaliyada Qurani-Kərimin qədim əlyazma nüsxələri sərgiyə çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İtaliyanın Toskana əyalətinin Florensiya şəhərinin "Laurentsiya" (The Laurentian Library / Biblioteca Medicea Laurenziana) kitabxanası tərəfindən düzənlənən sərgidə 11 min qədim və tarixi əlyazma nüsxə, o cümlədən Qurani-Kərimin yüzə yaxın qədim və nadir əlyazma nüsxəsi nümayiş olunub.

İtaliyanın Toskana əyalətinin Florensiya şəhərinin "Laurentsiya" kitabxanası on bir min civarında qədim, nadir və tarixi əlyazma kitab və sənəd nüsxələrini ehtiva edir. Bu tarixi və qədim əlyazma nüsxələrin yüzü Qurani-Kərimə aiddir.  

Məhəmməd İsa (Beynəlxalq İslam Birliyinin baş katibi) son günlərdə bu kitabxananı ziyarət edərək buradakı qədim əlyazma Qurani-Kərim nüsxələri məcmuəsinə baxış keçirib.

Avropa Birliyinin nəzində fəaliyyət göstərən İtaliyanın "Avropa Elmi Araşdırmalar Birliyi" Beynəlxalq İslam Birliyinin baş katibinə evsahibliyi edib və Məhəmməd İsanı bu tarixi və nadir əlyazma kitab və sənələr ilə tanış edib.

http://iqna.ir/fa/news/3727656

 

Ad:
E-poçt:
* Comment:
* captcha: