IQNA

12:17 - July 12, 2018
Xəbər sayı: 3483457
Səudiyyə Ərəbistanından olan müəllifin yazdığı "müsəlmanlar və qərb mədəniyyəti" kitabından sosial şəbəkələrdə paylanmış fikirlər mübahisələrə səbəb olub.

Səudiyyəli alimin fikirləri sosial şəbəkədə skandal yaradıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanından olan müəllifin yazdığı "müsəlmanlar və qərb mədəniyyəti" kitabından sosial şəbəkələrdə paylanmış fikirlər mübahisələrə səbəb olub.

Səudiyyəli yazar Səfər Həvalinin üç min səhifəlik "müsəlmanlar və qərb mədəniyyəti" kitabından Orta Şərq hadisələri, Səudiyyənin 2017-ci ildə Fars Körfəzi ölkələrində Donald Tramp üçün çəkdiyi xərclər və Ərəbistanın ABŞ ilə əlaqələri barədə fikirlərindən sosial şəbəkələrə sızan paylaşımlar əsil skandal yaradıb.

Yazar idda edir ki, Səudiyyə Ərəbistanın ABŞ ilə müttəfiq olması ən böyük səhvdir. Çünki ağıllı siyasət bunu tələb edir ki, insan daha güclü birisi ilə və inkişafda olan bir dövlətlə müttəfiq olsun, ABŞ kimi hər gün zəifləməkdə və dünyadakı imicini itirməkdə olan birisi ilə deyil. Amerika hər gün zəifləyir və əlamətlər göstərir ki, dünyanın gələcəyi İslam dini və müsəlmanlarındır. Əgər Ərəbistan Amerika üçün xərclədiyi milyonlarla dolları müsəlmanların problemlərinin həlli üçün istifadə etsəydi, daha faydalı idi.

Sosial şəbəkələrdə, xüsusi ilə də tyurterdə paylaşılan bu fikirlər istifadəçilər tərəfindən maraqla qarşılanıb və bu fikirlər barədə müxtəlif şərhlər yazılıb.

Qeyd edək ki, ərəbistanlı yazar Səfər Həvalinin üç min səhifəlik "müsəlmanlar və qərb mədəniyyəti" kitabı hələ çap və nəşr edilməyib.    

http://iqna.ir/fa/news/3729346  

Ad:
E-poçt:
* Comment:
* captcha: