IQNA

12:27 - December 20, 2018
Xəbər sayı: 3484383
Türkiyənin Quniyə şəhərində yerləşən Mövlana (Mövləvi) muzeyində Qurani-Kərimin qədim və nadir nüsxələrindən sayılan 9 səhifə saxlanılır.

Mövləvi muzeyində 9 səhifə nadir Quran nüsxəsi saxlanılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Türkiyənin Quniyə şəhərində yerləşən Mövlana (Mövləvi) muzeyində Qurani-Kərimin qədim və nadir nüsxələrindən sayılan 9 səhifə saxlanılır.

İranlı şarif və sufi Mövləvinin (Mövlana) məzarı Türkiyənin Quniyə şəhərində yerləşir. Həmin məzarında üzərində tarixi muzey tikilmişdir. Bu muzey keçmişdə "Quniyənin qədim dövrləri" adlanırmış.  

Türkiyənin əsas turizm cazibələrindən biri olan bu muzeyə 1954-cü ildə "Mövləvi muzeyi" adı verildi. 2007-ci ilin "Mövlana ili" adlandırılmasından sonra isə Mövlananın təfəkkürü dünyada tolerantlıq düşüncəsi kimi təbliğ edilməyə başladı.

Mövlana muzeyində Osmanlılar və Səlcuqilər dövrünə aid əlyazma nüsxələr, incəsənət əsərləri və musiqi alətləri vardır. Bu qədimi əsərlərin arasında 3-cü raşidi xəlifə Osman bin Əffanın zamanında yazılmış Quran nüsxəsindən də 9 səhifə saxlanılır.  

Muzeyin digər bölməsində Mövlana Cəlaluddin Ruminin həyatının müxtəlif cəhətlərini işıqlandıran rəsmlər çəkilmiş otaqlar mövcuddur.  

http://iqna.ir/fa/news/3774167

نگهداری 9 صفحه از قرآن در موزه «مولوی» ترکیه

Teqlər: iqna ، mövləvi ، mövlana
Ad:
E-poçt:
* Comment:
* captcha: