IQNA

0:51 - December 26, 2018
Xəbər sayı: 3484422
Milad Bayramı hər il Dekabr ayının 25-də dünya xristianları tərəfindən Həzrət İsa ibn Məryəmin (ə) mübarək mövludu münasibəti ilə keçirilir. Xristian dininin bəzi məzhəbləri bu bayramı Yanvar ayında qeyd edirlər.

Həqiqi məsihilərin duası dünyada sülhün bərqərar olmasıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Milad Bayramı hər il Dekabr ayının 25-də dünya xristianları tərəfindən Həzrət İsa ibn Məryəmin (ə) mübarək mövludu münasibəti ilə keçirilir. Xristian dininin bəzi məzhəbləri bu bayramı Yanvar ayının 6-da və bəziləri də Yanvar ayının 7-də qeyd edirlər.

İngiltərənin paytaxtı London şəhərinin "Anqlikan kilsəsi"nin nəzdində fəaliyyət göstərən "Mariya Maqdalena" kilsəsinin keşişi suriya əsilli Nədim Nəsar İQNA ilə müsahibəsində qərb ölkələrində keçirilən "milad bayramı" barədə danışaraq dedi: Bu gün, əksər qərb ölkələrində Milad Bayramı ayinləri hədiyyə vermək və yemək yeməkdə xülasə edilib. Amma həqiqi xristian və məsihi o kəsdir ki, dünyada sülhün, barışın və dostluğun bərqərar olması üçün dua edir, İncil oxuyur və qohumlarını yoxlayır.

O əlavə etdi: Həzrət İsa Məsih (ə) dostluq, məhəbbət, sülh və tolerantlıq rəmzidir. Həzrət İsa Məsih (ə) bu barədə buyurur: "Öz düşmənlərinizi sevin ki, (həyatınıza, dünyanıza) bərəkət nazil olsun". O Həzrət (ə) bu sözü ilə bizə buyurur ki, biz kiminləsə düşmən deyilik, bütün insanlar bərabərdir, Allahın xəlifəsidirlər.

Nədim Nəsar dedi: Biz məsihilər (xristianlar) inanırıq ki, Allah eşq və sevgidir. Kim Allahı sevsə, Allah da onu sevəcək. Allah eşqdirsə, dünyanı da belə yaratmışdır. Buna görə də insanlar bir-birinin düşməni olmamalıdır. Bütün millətlər, dinlər və mədəniyyətlər qardaşdırlar və bərabərdirlər.  

"Mariya Maqdalena" kilsəsinin keşişi vurğuladı: Allah-Taala Qurani-Kərimdə Hücürat surəsində (ayə:13) buyurur:  

   «يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا»

"Ey insanlar, biz sizi bir kişi və bir qadından yaratıq, sizi tayfalara ayırdıq ki, bir-birinizi tanıyasınız".

Qurani-Kərimin bu ayəsindən istifadə edilir ki, insanlar bir-birini tanımalıdırlar, bir-birlərini sevməlidirlər.

http://iqna.ir/fa/news/3775296

تحقق صلح، دعای مسیحیان واقعی در کریسمس است

تحقق صلح، دعای مسیحیان واقعی در کریسمس است

تحقق صلح، دعای مسیحیان واقعی در کریسمس است

تحقق صلح، دعای مسیحیان واقعی در کریسمس است

تحقق صلح، دعای مسیحیان واقعی در کریسمس است

 

 

 

 

 

  

Teqlər: kilsə ، məsihi ، milad bayramı
Ad:
E-poçt:
* Comment:
* captcha: