IQNA

Ali Rəhbər Ayətullah Haşimi Şahrudiyə cənazə namazı qıldı

22:04 - December 26, 2018
Xəbər sayı: 3484423
Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (rə) adına musəllada  dəyərli alim və İslam İnqilabı Sisteminin vəfalı əməkdaşı olan mərhum Ayətullah Haşimi Şahrudinin  cənazə mərasimində iştirak edib.
Ali Rəhbər Ayətullah Haşimi Şahrudiyə cənazə namazı qıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (rə) adına musəllada  dəyərli alim və İslam İnqilabı Sisteminin vəfalı əməkdaşı olan mərhum Ayətullah Haşimi Şahrudinin  cənazə mərasimində iştirak edib.
İran xalqının nümayəndələrinin, prezident, hökumət və ordu rəhbərlərinin iştirakı ilə, hüzn və kədər dolu bir atmosferdə keçən mərasimdə Ali Rəhbər mərhum Ayətullah Haşimi Şahrudinin nəşinə cənazə namazı qılıb. 
Qeyd edək ki, Ali Məqamlı Rəhbər sabah saat 10:00-dan 11:30-a qədər İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ayətullah Haşimi Şahrudiyə həsr olunan anım mərasimi təşkil edəcək. 
Ayətullah Haşimi Şahrudi dekabr ayının 24-də uzun sürən xəstəlikdən sonra 70yaşında vəfat edib.
Mərhum Ayətullah Şahrudi  bu gün (26 Dekabr 2018-ci il), günün ikinci yarısında, xalqın izdihamlı iştirakı ilə müqəddəs Qum şəhərində İmam Həsən Əskəri (ə) məscidindən müşayət edilərək Həzrət Məsumənin (s.ə) məqbərəsində dəfn olundu.  

captcha