IQNA

20:28 - January 04, 2019
Xəbər sayı: 3484465
İşğalçı İsrail rejim qüvvələri 2018-ci ildə iki fələstinli jurnalisti güllələyərək qətlə yetirib, 278 jurnalisti isə yaralayıb.

Ötən il İsrailin öldürdüyü və yaraladığı fələstinli jurnalistlərin sayı açıqlanıb - HesabatİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İşğalçı İsrail rejim qüvvələri 2018-ci ildə iki fələstinli jurnalisti güllələyərək qətlə yetirib, 278 jurnalisti isə yaralayıb.

Felestin.info xəbər verir ki, bu barədə Fələstinin WAFA informasiya agentliyinin hazırladığı hesabatda deyilir.

Bildirilir ki, "Ein Media" üçün çalışan operator Yasir Mürtəza və "Bisan" agentliyinin fotojurnalisti Əhməd Əbu Hüseyn Qəzzada Böyük Qayıdış yürüşünü işıqlandırarkən İsrail snayperləri tərəfindən vurulublar.

Y.Mürtəza ötən il aprelin 6-da Qəzzadakı nümayişdə güllələnib, Əbu Hüseyn isə aprelin 13-də vurulub, aprelin 25-də isə vəfat edib.

Hesabatda deyilir ki, İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzza zolağındə rezin örtüklü metal güllələr, gözyaşardıcı qaz qumbaraları, fiziki hücum və sair zorakılıq hallarına məruz qalan 278 jurnalist xəsarət alıb.

Bunlardan başqa jurnalistlərin təhqirə məruz qalması, tutulması, xəsarətsiz ötüşən atəş açılması kimi 121 hal qeydə alınıb. Ötən il media ofislərinə qarşı 12 basqın törədilib, media təşkilatına məxsus avadanlıqlar oğurlanıb.

Bu insidentlərdən biri ötən il dekabrın 10-da WAFA agentliyinin ofisinə təşkil edilmiş hücum olub. Bu zaman agentlik əməkdaşları qapalı otaqda saxlanılıb, binanın daxilinə gözyaşardıcı qaz qumbarası atılıb və həmin jurnalistlər zəhərli qazın təsirinə məruz qalıblar.

Hesabata əsasən 2018-ci il ərzində işğal altındakı bütün ərazilərdə jurnalistlərə qarşı ümumilikdə 413 zorakılıq aktı qeydə alınıb.

Teqlər: iqna ، fələstin
Ad:
E-poçt:
* Comment:
* captcha: