IQNA

23:24 - January 27, 2019
Xəbər sayı: 3484592
İşğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu Venezuelada üsyançı quldurlara rəhbərlik edən Xuan Guvaydunu ölkənin rəsmi başçısı və müvəqqəti prezidenti kimi tanıdığını elan edib.

Sionist rejimi Venezuela üsyançılarının rəhbərini rəsmi tanıdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  işğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu Venezuelada üsyançı quldurlara rəhbərlik edən Xuan Guvaydunu ölkənin rəsmi başçısı və müvəqqəti prezidenti kimi tanıdığını elan edib.

Türkiyənin "Milliyyət" qəzetinin bu barədə verdiyi məlumata görə, İsrail rejiminin baş naziri bu barədə videoismarıc paylaşaraq çevirilişçilərin başçısını ölkənin müvəqqəti prezidenti hesab edib və üsyançıları dəstəklədiyini deyib.

Qeyd edək ki, İsrail rejimindən əlavə ABŞ və bəzi Avropa və Afrika ölkələri də Guvaydonu və üsyançıları dəstəkləyirlər.

Türkiyə, İran İslam Respublikası, Rusiya, Çin, Bolivi və Kuba isə hazırda Madurunu Venezuelanın rəsmi prezidenti hesab edirlər.   

http://iqna.ir/fa/news/3784976

Ad:
E-poçt:
* Comment:
* captcha: