IQNA

İƏT-in xarici işlər nazirləri Əbu Zəbidə toplandılar

22:49 - March 01, 2019
Xəbər sayı: 3484773
İbn Zayid açılış mərasimində dedi: Biz Fələstin xalqının yanındayıq, habelə onların tələbələri dəstəkləyirik, o cümlədən 1967-ci il sərhədləri əsasında müstəqil dövlət qurmalarını himayə edirik.

İƏT-in xarici işlər nazirləri Əbu Zəbidə toplandılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) üzv ölkələrinin xarici işləri nazirlərinin 46-cı toplantısı bu gün, həftənin Cümə günü, 1 Mart 2019-cu il, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Əbu Zəbi şəhərində başladı.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) baş naziri Abdullah ibn Zayid Ali Nihyan toplantının açılış mərasimində dedi: Biz Fələstin xalqının yanındayıq, habelə onların tələbələri dəstəkləyirik, o cümlədən 1967-ci il sərhədləri əsasında müstəqil dövlət qurmalarını himayə edirik.

Abdullah ibn Zayid Ali Nihyan əlavə etdi: Biz gərək terrorizmi dəstəkləyən və terroristlərə sığınacaq verən tərəflərə qarşı ciddi ölçü götürək. Biz istəyirik ki, terrorizm və radikalizmə təhrik edən amillərin qarşısını almaq üçün tədbir görülsün.

Məzlum Yəmən xalqını hər gün hava hücumları ilə terror edən BƏƏ-nin baş naziri İran İslam Respublikası əleyhinə kinli və düşmən mövqeyini gizlətməyərək dedi: Biz İrandan tələb edirik ki, siyasətlərinə yenidən baxsın, region ölkələrinin işinə müdaxilə etməsin və məzhəbçilik fonunda qarşıdurma yaratmaqdan çəkinsin. Biz Tehrandan istəyirik ki, regionda böhran kəskinləşdirən tərəfləri dəstəkləməyi dayandırsın.    

http://iqna.ir/fa/news/3794318

Teqlər: bƏƏ ، İƏƏ ، iran ، iət
captcha