IQNA

18:40 - April 05, 2019
Xəbər sayı: 3484937
Kerbela TV" peyk telekanalının redaksiyası bəyan edib ki, Kərbəla şəhərində keçiriləcək "Əl-Nəhc" Beşinci Beynəlxalq Film Festivalına bütün hazırlıq işləri başa çatıb.

Sabah Kərbəlada beynəlxalq film festivalının açılışı olacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Kerbela TV" peyk telekanalının redaksiyası bəyan edib ki, Kərbəla şəhərində keçiriləcək "Əl-Nəhc" Beşinci Beynəlxalq Film Festivalına bütün hazırlıq işləri başa çatıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, festivalın direktoru Həsəneyn İlhaninin sözlərinə görə, müsabiqəyə 120 ölkədən təqdim edilmiş 3 min filmdən 53-ü seçilib.

"Festival çərçivəsində fərqlənən kinomatoqraflar mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 100 qramlıq qızıl lövhə, ikinci yerin qalibinə 75 qramlıq qızıl lövhə, üçüncü yerə isə 50 qramlıq lövhə təqdim olunacaq. Bunlardan başqa, hakimlər heyəti və ən yaxşı ssenarist də mükafatlandırılacaq", - deyə beynəlxalq festivalın direktoru bildirib.

H.İlhani əlavə edib ki, festivalın cümə günü - aprelin 5-də Kərbəla şəhərində açılışı olacaq.

Qeyd edək ki, beşinci əl-Nəhc festivalı İmam Hüseyn ziyarətgahının təşkilatçılığı ilə həyata keçirilir.

Teqlər: kərbəla ، iqna ، film festivalı
Ad:
E-poçt:
* Comment:
* captcha: