IQNA

11:35 - May 31, 2019
Xəbər sayı: 3485230
“Müsəlmanların işlərinə əhəmiyyət vermədən səhəri açan şəxs onlardan deyil və “Ey müsəlmanlar!” – deyə fəryad edib yardım istəyən bir şəxsin səsini eşidib, ona cavab verməyən müsəlman deyil.” 
Peyğəmbəri-Əkrəm (s) buyurub:
 
مَنْ أَصْبَحَ لَا يَهْتَمُّ بِأُمُورِ الْمُسْلِمِينَ فَلَيْسَ مِنْهُمْ وَ مَنْ سَمِعَ رَجُلًا يُنَادِي يَا لَلْمُسْلِمِينَ فَلَمْ يُجِبْهُ فَلَيْسَ بِمُسْلِم‏
 
“Müsəlmanların işlərinə əhəmiyyət vermədən səhəri açan şəxs onlardan deyil və “Ey müsəlmanlar!” – deyə fəryad edib yardım istəyən bir şəxsin səsini eşidib, ona cavab verməyən müsəlman deyil.” 
 
 
Bismillahir-Rəhmanir-Rəhim
 
Qüds günü dünya məzlumlarının hegemonlar qarşısında fəryadıdır. Bu fəryad isə əzilmiş, zəif duruma salınmış məzlum xalqların zalımlar qarşısında mübarizə və müqavimətinin nümunəsidir. Zəiflərin birləşib gücə çevrildiyi, yenidən zalımın yaxasından yapışdığı bir gündur Qüds günü. Məhz bu gündə əhdinə sadiq  olanlar digərlərindən fərqlənirlər.
 
Qüds gününün Ramazan ayının son cümə gününə təyin edilməsi də təsadüfi deyil. Mübarək Ramazanda insanın bir ay boyunca Allahdan bağışlanmaq diləməsi, Onun razılığını qazanmaq məqsədilə oruc tutması öz bəhrəsini verməli, verdiyi sözləri əməldə də gerçəkləşdirməlidir. Bu isə zülm və haqsızlığa etiraz etməklə, məzlumların tərəfində olmaq və fəryadına qoşulmaqla öz təsdiqini tapır.
 
Qüds məsələsində İsrailə etiraz dünyanın hər yerində zülmə qarşı çıxmaq deməkdir. İnsanlar xüsusi ilə müsəlmanlar zamanında bu zülmə qarşı etiraz səslərini ucaldaraq vəhdət, birlik və güc nümayiş etdirsəydilər, sözsüz ki, digər xalqlar da bu zülmə məruz qalmaz, eyni aqibətə düçar olmazdılar.
Bu gün dünyanın müxtəlif yerlərində xalqlara zülm edilir və Fələstin xalqının başına gələn hadisələr mahiyyətini dəyişmədən müxtəlif formalarda, müxtəlif libaslarda digər xalqların, millətlərin də başına gəlir. Bəzi ölkələrdə isə, bu proses "sivil şəkildə" baş verir.
 
Qüds günü – Qiyamətdə "haqq dəvətə qoşulub məzlumların yanında oldum" deməkdir. Buna görə mən də  haqqın yanında olduğumu bəyan etmək üçün Qüdsün işğalına və Fələstin xalqına rəva görülən zülmlərə etirazımı bildirir, İsraili qəsbkar hesab edərək Qüdsü Fələstin xalqına və müsəlmanlara aid bilirəm.
 
Ruhani Cəlal Şəfiyev (Maide.Az)
Teqlər: iqna ، Qüds ، fələstin ، cəlal şəfiyev ، AİP
Ad:
E-poçt:
* Comment: