IQNA

9:03 - October 19, 2019
Xəbər sayı: 3485988
Amerikanın Delevare əyalətinin sakini olan müsəlman bir xanım ona qarşı həyata keçirilən irqi və dini ayrıseçkiliyə görə məhkəməyə şikayət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Delevare əyalətinin sakini olan müsəlman bir xanım ona qarşı həyata keçirilən irqi və dini ayrıseçkiliyə görə məhkəməyə şikayət edib.

O, şikayətində bildirib ki, işlədiyi yerdə sahibkar onun dini azadlıq hüquqlarını pozub.

Mədinə Borvn adlı bu müsəlman xanım 2011-ci ildə Delevare əyalətinin həbsxanalarından birində işə düzəlmək üçün müsahibə verib, amma o hicablı olduğu üçün işə götürülməyib. Sonrakı ildə dostlarından birinin tövsiyəsi ilə iş müsahibəsinə hicabsız gedir və işə düzəlir. 2014-cü ildə yenidən dini ayinlərə əməl edərək hicab bağlamaq fikrinə düşən Mədinə xanım iş yerinə buraxılmayıb.   

Xanım Mədinə Brovn şikayət ərizəsində qeyd edib ki, iş yerində yüksək rütbəli şəxs "nə üçün özünü terroristlərə oxşatmısan" deyərək qışqırıb və onu təhqir edib.

Amerika müsəlmanlarının Amerik-İslam Şurası bu addımı məhkum edərək bunu dini ayrıseçkiliyin aşkar nümunəsi adlandırıb. Habelə bəyaniyyə yayaraq bildirib ki, Delevare əyalət həbsxanasının müsəlman işçilərinə hicabı qadağan etmək hüququ yoxdur.

https://iqna.ir/fa/news/3850771

Ad:
E-poçt:
* Comment: