IQNA

21:53 - November 22, 2019
Xəbər sayı: 3486188
Səudiyyə Ərəbistanın Yəmənə amansız təcavüzü, bu ölkəni mühasirədə saxlaması və yolxucu xəstəliklərin yayılması nəticəsində  ildə 100 min yəmənli uşaq həyatını itirir. 
Səudiyyə Ərəbistanın Yəmənə amansız təcavüzü, bu ölkəni mühasirədə saxlaması və yolxucu xəstəliklərin yayılması nəticəsində  ildə 100 min yəmənli uşaq həyatını itirir. 
 
Maide.Az  Yəmən KİV-lərinə istinadla xəbər verir ki, bunu Yəmən "Milli Nicat Hökuməti"nin Səhiyyə Nazirliyinin sözçüsü Yusif  Əl-Hazeri  deyib. 
 
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın bir başa hava hücumu nəticəsində  7200 uşaq qətl edilib və ya yaralanıb, 800 dən çox uşaq  əlil olub. “ 2 milyon 200 min nəfər vəba xəstəliyinə yoluxub.  Onlardan 3750 nəfər həyatını itirib.  Vəbaya yoluxanlardan 32 faizi uşaqdır.”
 
34 min 520 nəfərin  Yəməndə “tifoid”ə (qarın yatalağı, mədə-bağırsaq xorası) xəstəliyinə  yoluxduğunu deyən Y. Əl-Hazeri  bildirib ki, həmin şəxslərdən 273 nəfəri  ölüb.  Xəstəliyə  yoluxanların 63 faizi isə uşaqlardır. 
 
O qeyd edib ki,  difteriya xəstəliyinə yoluxanların sayı 4500 nəfər təşkil edir, onlardan 253 nəfər həyatını itirib və  xəstəliyə yoluxanların 16 faizi 5 yaşından az uşaqlardır. 
 
Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki,  5 milyon 400 min uşaq aclıqdan əziyyət çəkir, onlardan 55 faizi yəni təqribən 2 milyon 900 mini 5 yaşından az uşaqlardır.   “Ölkədə beş yaşından az uşaqların 86 faizi bir növ dəmir çatışmazlığından əziyət çəkir və uşaqların 46 faizi kəkələyir,  80 faizi də Səudiyyə rejiminin qırıcılarının, bomba və raketlərinin səsinə görə, müxtəlif növ ruhi xəstəliklərdən əziyyət çəkirlər.”
 
O deyib ki, tibbi xidmətlərin zəif olması nəticəsində  hər iki saatda 6 yeni doğulmuş körpə həyatını itirir.  
 
Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Yəməndəki  uşaqların hamısının yəni 12 milyon uşağın  humanitar və tibbi yardımlara ehtiyacı olduğunu deyib.  
 
O bildirib ki, Səudiyyə rejiminin təcavüzü və Yəməni mühasirədə saxlaması nəticəsində  ölkənin 51 faiz tibb ocaqları və xəstəxnaları tamamilə fəaliyyətini dayandırıb. Və bu da  uşaqlara diqqət etmək işinə bir başa mənfi təsir göstərir. 
Teqlər: iqna ، yəmən ، səudiyyə
Ad:
E-poçt:
* Comment: