IQNA

11:09 - January 17, 2020
Xəbər sayı: 3486513
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.

Bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.

“Bu həftə yaralılar kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib.

Məlumata görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir.

Xatırladaq ki, İran mənbələri həmin hücum zamanı ən az 80 ABŞ əsgərinin həyatını itirdiyini və onlarla əsgərin yaralandığını elan edib. 

ABŞ rəsmiləri isə İranın ABŞ-ın  İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində kimsənin ölmədiyi və xəsarət almadığını bildirmişdi. 

https://iqna.ir/fa/news/3872174

Ad:
E-poçt:
* Comment: