IQNA

3:29 - May 18, 2020
Xəbər sayı: 3487250
Tehran (IQNA) -  Avropanın İslami Fətva Şurası astronomik hesablamalara istinadla mübarək Fitr bayramının vaxtını elan edib.

"Aboutİslam" informasiya portalının verdiyi xəbərə görə, Avropa İslami Araşdırma və Fətva Şurası (ECFR) bəyanat yayaraq May ayının 24-də Fitr bayramı keçiriləcəyi bildirib.

Mərkəzi qərargahı İrlandiya respublikasının paytaxtı Dublin şəhərində yerləşən Avropa İslami Araşdırma və Fətva Şurası (ECFR) elan edib ki, May ayının 22-də, həftənin Cümə günü, Məkkə vaxtı ilə Şəvval ayı saat 20:39 başlayacaq. Həmin gün Məkkə şəhərində qürub çağı Şəvval ayının hilalını adi və ya təchiz edilmiş gözlə görmək olmayacaq. Buna görə də həftənin Bazar günü, May ayının 24-də Fitr bayramı günü olacaq.  

Şimali Amerikanın İslami Fiqh Şurası (FQNA) da May ayının 24-də Fitr bayramı olacağını elan edib və koronavirusa görə müsəlmanlardan istəyib ki, bayramı və Fitr günü ayinlərini evlərində qeyd etsinlər.

3899209

Ad:
E-poçt:
* Comment:
* captcha: