IQNA

Azərbaycanın milli tarix muzeyində Rus dilində "Məhəmmədin Quranı" əsəri saxlanılır

10:25 - June 11, 2020
Xəbər sayı: 3487381
Tehran (IQNA) - AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Kitabxanasının Nadir kitablar fondunda müqəddəs "Qurani-Kərim"in rus dilinə qədim tərcüməsi - "Koran Maqometa" əsəri saxlanılır.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Kitabxanasının Nadir kitablar fondunda müqəddəs "Qurani-Kərim"in rus dilinə qədim tərcüməsi - "Koran Maqometa" əsəri saxlanılır.
 
"Azərtac"ın verdiyi xəbərə görə, muzeydən  bildirilib ki, "Quran" polşalı mühacir, şərqşünas alim Alber (Albin) de Biberşteyn Kazimirski tərəfindən 1864-cü ildə ərəb dilindən fransız dilinə tərcümə olunub.
 
Müəllif kitabda Məhəmməd peyğəmbərin bioqrafiyasını da təqdim edib. Kitab rus dilinə tərcümə edilərək 1865-ci ildə Moskvada çap olunub. Əsər İslam dini və tarixi ilə maraqlananlar üçün əhəmiyyətli mənbədir.
نگهداری «قرآن محمد» در موزه تاریخ جمهوری آذربایجان
captcha