IQNA

19:37 - June 26, 2020
Xəbər sayı: 3487484
Tehran (IQNA) - Həzrət Fatimeyi-Məsumə (s) yeddinci məsum imamımız Həzrət İmam Musa Kazimin (ə) qızı və səkkizinci məsum imamımız Həzrət İmam Rzanın (ə) bacısıdır.

O həm də Bibi-Heybət pirində dəfn edilmiş Həzrət Həkimənin bacısıdır. Bu barədə beş yüz il öncə yaşamış İslam alimi Əllamə Məclisi özünün "Biharul-Ənvar" kitabında məlumat verərək deyib: İmam Kazimin (ə) qızı Həkimə ləqəbli Fatimeyi-Süğra Badkubən (Bakı) şəhərinin girişində dəfn edilmişdir.

Həzrət Məsumə (s) Zil-Qədə ayının 25-də anadan olub. Şiələr onun mövlud gününü "Qızlar Günü" kimi qeyd edirlər. Həmin gün qız övladlarını hədiyyələr ilə sevindirirlər.

Xanım Məsumə (ə) hicri-qəməri tarixi ilə 201-ci ildə Xorasanda qardaşı İmam Rzanın (ə) yanına gələrkən yolda xəstələnir. Xəstələndiyi zaman Qum şəhərinin yaxınlığından keçdiyi üçün şiələr onu Quma dəvət edirlər. Xanım bu şəhərdə 17 gün xəstə yatağında yatır və bu xəstəlikdən vəfat edir.

Xanım Məsumə (s) Qum şəhərində də dəfn edilir. Elə həmin vaxtdan da Qum şəhəri Əhli-Beyt (ə) aşiqlərinin ziyarətgahında çevirilir. /3906420

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: