IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin qızılı günbəzi yuyuldu

10:54 - July 22, 2020
Xəbər sayı: 3487700
Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin xidmətçiləri hərəmin qızılı günbəzinin və minarələrinin yuyulması işlərinə başlayıb.

Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin xidmətçiləri hərəmin qızılı günbəzinin və minarələrinin yuyulması işlərinə başlayıb.

Deyerler.org Alkafeel-ə istinadən xəbər verir ki, Kərbəla şəhərində isti havaların və iqlim dəyişikliklərinin qızılı günbəzə təsir etməməsi üçün aparılan təmizlik işləri təxminən beş gün davam edəcək.

Diametri 46.5 m və hündürlüyü 15 m olan günbəz təmizlik işlərində beş hissəyə bölünür və hər bir gündə bir hissə təmizlənir. Yuma işlərində xüsusi təmizlik ləvazimatları və vasitələri istifadə edilir. Qızılı plitələrin qurudulması üçün isə yun parçalar istifadə edilir. Plitələri qurutmadıqda üzərində əhəng şəklində toplanan və parlaqlıq gücünü zəiflədən ərplər yığıldığ üçün yumaqla yanaşı, qurutma işi həyata keçirilir. Təmizlik işlərində vaxt, dəqiqlik və sürət faktoru ilə yanaşı, su vurma prosesinə də diqqət etmək lazımdır. Çünki qızılı plitələr əhəng üzərinə bərkidilmişdir və əhəng də sudan tez təsirlənir.

Təmizlik işlərinin ilk mərhələsi çərçivəsində qızılı günbəzin şərqindəki Fərat (Əl-Qəmə) qapısı tərəfdə yerləşən hissəsi saat istiqamətində, saatın əksi istiqamətində və ən yuxarıdan ən aşağıya - yəni bayrağ hissəsindən günbəzin dibinə - doğru təmizlənib. Bu işlərdən sonra minarələrin təmizlənməsinə başlanacaq.

captcha