IQNA

14:56 - July 31, 2020
Xəbər sayı: 3487780
Həzrət Ayətullah Üzma Sistani cənabları cari ilin (1442 hq / 2020) Məhərrəmlik əzadarlığı və əzadarlığın koronavirus pandemiyasın yayıldığı şəraitdə necə keçirilməsi ilə bağlı sualları cavablandırıb.

Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənabları cari ilin (1442 hq / 2020) Məhərrəmlik əzadarlığı və əzadarlığın koronavirus pandemiyasın yayıldığı şəraitdə necə keçirilməsi ilə bağlı sualları cavablandırıb.


“Shafaqna Azərbaycanca” xəbər agentliyi sual və cavabın tam mətnini təqdim edir:


Sual: “Bismillahir-Rəhmanir-Rəhim
Ali məqamlı təqlid mərcəsi Həzrət Ayətullah Sistani cənablarına
Əs-Səlamu Ələykum və Rəhmətullahi və Bərəkatuh
Məhərrəmul-Həram ayının və Kərbəla faciəsinin ildönümünün yaxınlaşması, koronavirus pandemiyasının yayılmasının davam etməsi və bunun qarşısını almaq üçün dövlətin aidiyyatı üzrə məsul qurumlarının kütləvi toplaşmalardan, xüsusi ilə də qapalı məkanlarda olarsa, çəkinməyin zəruri olmasını təkid etməsini və digər tərəfdən də möminlərin çoxunun əzadarlıq mərasimlərinin adəti qaydada, Həzrət Seyyiduş-Şühədanın (ə), əhli-əyalinin və yari-ənsarinin şəninə layiq keçirilməsinə meyilli olmasını nəzərə alaraq, sizdən bu barədə açıqlama vermənizi xahiş edirik.
Çoxlu təşəkkürlərimizlə
Nəcəf şəhəri möminlərindən bir qrupu

Cavab

بسم الله الرحمن الرحیم

السلام علی الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین و رحمه الله و برکاته

Bismillahir-Rəhmanir-Rəhim
əs-Səlamu ələl-Hüseyn və əla övladil-Hüseyn və əla əshabil-Hüseyn və rəhmətullahi və bərəkatuh
İslam və müsəlmanlar üçün baş vermiş bu böyük müsibət və dərdli münasibətlə bağlı Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) qəminə şərik çıxmaq, kədər, qüssə və hüznümüzü izhar etmək üçün müxtəlif yollar var. O cümlədən:
1). Televiziya kanalları və sosial şəbəkə üzərindən Həzrət Əba Əbdillahil-Hüseynin (ə) əzadarlıq məclislərinin birbaşa yayımını gözəçarpacaq dərəcədə çoxaltmaq. Bunun üçün müxtəlif dini mərkəzlər və mədəni müəssisələr tanınmış xətib və məddahlar ilə danışıb yayım proqramlarını düzgün nizamlasınlar. Həmçinin möminləri öz evlərində qalmağa və televiziya və internet vasitəsi ilə xətiblərin çıxışını və məddahların mərsiyələrini dinləməyə və bu proqramlardan faydalanmağa təşviq etsinlər.
2). Gecə və ya gündüzün müəyyən saatlarında ev əhli və evə gediş-gəlişi olan yaxın adamların iştirakı ilə evlərdə məsclis təşkil edilsin və birlikdə peyk televiziya kanalları və ya sosial şəbəkələr üzərindən yayımlanan proqramları izlənilsin.
Amma bu ümumi məclislərdə gərək koronavirusa qarşı bütün sanitariya protokollarına diqqətlə əməl edilsin. Yəni məclis iştirakçıları arasında sosial fasilə qorunsun, tibbi maskalardan və koronavirusa yoluxmanın qarşısını alan digər vasitələrdən istifadə edilsin.
Həmçinin bu məclislərdə iştirak edənlərin sayı dövlətin aidiyyatı üzrə qurum məsullarının göstərdikləri qaydalar əsasında olmalıdır. Əlbəttə bu məsələ mərasimin açıq fəzada və ya örtülü məkanlarda keçirilməsi və həmçinin koronavirusun müxtəlif şəhərlərdə yayılması dərəcəsinə görə fərqli olar bilər.
3). Aşuraya aid simvolların geniş şəkildə yayılması, bayraqların qaldırılması və qara parçaların meydan, prospekt, küçə və digər ümumi məkanlarda asılması, əlbəttə xalqın xüsusi və ümumi əmlakına toxunmadan və zərər vurmadan və bu məsələdə ölkənin cari qanunlarına əməl etməklə.
Həmçinin münasibdir ki, bu simvolların üzərində Həzrət İmam Hüseynin (ə) sözlərindən bir hissəsi yazılsın, hansı ki, O həzrət (s) böyük islahatçı hərəkatı zamanı o sözləri demiş və ya Kərbəla faciəsi ilə bağlı yazı və şeirlərdə keçmişdir.
4). Əzadarlıq münasibəti ilə hazırlanmış qidaların hazırlanması və paylanılmasında sanitariya qaydalarına riayət etmək zəruridir. Əgər bu məsələyə (sanitariya qaydalarına) riayət etmək qidaların (ehsanın) paylanılması zamanı izdihama səbəb olarsa, təkcə quru (yavan) yeməklərin hazırlanması və möminlərin evlərinə çatdırılmasına kifayət olunsun.
Allah-Taala hamımızı mövcud durumda bu mühüm münasibətin yaşadılmasında və Cənnət cavanlarının ağasının (ə) əzadarlığının bərpa edilməsində müvəffəq etsin. İnnəhu vəliyyut-tövfiq.

9 Zil-Hiccə 1441 hq

Ayətullah Üzma Sistaninin dəftərxanası

Nəcəful-Əşrəf şəhəri

 

Ad:
E-poçt:
* Comment:
* captcha: