IQNA

23:07 - August 03, 2020
Xəbər sayı: 3487804
Tehran (IQNA) – Müasir dövrdə texnologiyanın inkişaf etməsi ilə bir çox müsəlman və qeyri-müsəlman alimlər Qurani-Kərimin elmi həqiqətləri barədə heyranlıqlarını gizlədə bilməyiblər.

Amerikanın Filadelfiya şəhərinin Tomas Cefferson universitetinin Daniyal institutunun Embriologiya fakültəsinin sabiq rəisi professor "Marshal Johnson" da Quranın elmi həqiqətləri barədə öz heyranlığını gizlədə bilməmiş və ixtisasına (Embriologiya) əsaslanaraq Qurani-Kərimin Allah kəlamı olduğunu təsdiq etmişdir.  

O, Qurani-Kərimin Mominun surəsinin 14-cü ayəsinə

«ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ - فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

"Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!" -

işarə edərək deyib:

"Müqəddəs Quran kitabı dölün ana bətnində inkişaf etməsinin mərhələlərini dəqiq açıqlayıb.

Dölün yaranması və inkişafı mərhələlərini bu günün mütəxəssisləri bilirlər.

آماده//فيلم | اذعان جنین‌شناس آمریکایی به حقانیت قرآن

Bu bir təsadüf ola bilməz. Şayəd (Həzrət) Məhəmmədin böyük və güclü bir mikroskopu olub desinlər. Amma Quran 1400 il öncə bu məsələni açıqlayarkən mikroskop yox idi və bu cihaz yüz illər sonra ixtira edilib.

Bundan əlavə ixtira edilmiş ilk mikroskop 10 dəfədən çox böyütmək gücünə qadir deyildi və həm də aydın bir görüntüsü də yox idi.

Buna görə də İslam peyğəmbərinin (s) insanlara çatdırdıqlarında İlahi vasitə olması məsələsində heç bir maneə və ziddiyyət görmürəm.   /3914197

Ad:
E-poçt:
* Comment:
* captcha: