IQNA

İranın bir çox şəhərlərində 'Charlie Hebdo' jurnalı əleyhinə aksiya keçirilib - FOTO

13:12 - September 11, 2020
Xəbər sayı: 3488093
İran İslam Respublikasının Qum şəhərində "Charlie Hebdo" jurnalına və Fransa hökumətinə etiraz məqsədilə aksiya keçirilib.

İran İslam Respublikasının Qum şəhərində "Charlie Hebdo" jurnalına və Fransa hökumətinə etiraz məqsədilə aksiya keçirilib.

Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, aksiyaya qatılan insanlar İslam peyğəmbərinin yenidən təhqir olunmasına şərait yaradılmamasını tələb ediblər.

Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı da baş verən hadisələr qarşısında susaraq, əslində dəstək nümayiş etdirir.

Nümayişdə ABŞ, İsrail rejimi və Fransa əleyhinə şüarlar səsləndirilib. Bundan əlavə qeyd olunub ki, müsəlmanlar inancların hədəfə alınmasına daim qarşı olublar.

Qeyd edək ki, Qum şəhəri ilə yanaşı sentyabrın 10-da  İranın  Məşhəd, Tehran,  Həmədan və digər şəhərlərində də  "Charile Hebdo" jurnalı və Fransa hökuməti əleyhinə  aksiyalar keçirilib. 

Aksiya iştirakçıları "Qurana təhqir Donan üçün rüsvayçılıqdır", "Ləbbeyk ya Məhəmməd, sənə fəda ya Əhməd", "Quran bir nur kitabıdır, düşmənçilikdən uzaqdır", "Fransa, Fransa, həya et, həya et" və "Peyğəmbərlə düşmənçiliyə son ver, son ver" kimi şüarlar səsləndiriblər. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

captcha