IQNA

7:42 - September 30, 2020
Xəbər sayı: 3488231
Tehran (IQNA)  - Mərkəzi Asiyanın kiçik ölkələrdən biri olan Qırğızıstanda ən çox yayılmış din İslam dinidir. Sovetlər birliyi dövründə ölkə əhalisinin yarısını müsəlmanlar təşkil edirdi.  

Mərkəzi Asiyanın kiçik ölkələrdən biri olan Qırğızıstanda ən çox yayılmış din İslam dinidir. Sovetlər birliyi dövründə ölkə əhalisinin yarısını müsəlmanlar təşkil edirdi.  

SSR dövründə, yəni 1960-cı illərdə ölkə əhalisinin yarısı müsəlman idisə, hazırda isə burada yaşayan əhalinin 80 faizini sünni müsəlmanlar təşkil edir.

Bu ölkədə 1990-cı ildə təkcə 40 məscid var idisə, bu gün məscidlərin sayı 2600-dən çoxdur.

Bu yazıda isə sizi Qırğızıstanın mədəni irsini tərənnüm edən 4 məşhur məscidlə tanış edəcəyik:

1). Süleyman Ta məscidi

Bu məscid qədim Uş şəhərinin mərkəzində Süleyman Ta dağının ətəyində yerləşdiyi üçün belə adlanır. Məscid regionda böyüklüyü və gözəlliyi ilə digər məscidlər seçilir. Namazxana, kitabxana və konfrans zalı olan məscidə 20 min nəfər namaz qıla bilər. Məscid 2012-ci ildə Ərəb xeyriyyəçiləri tərəfindən tikilmişdir.

مساجد؛ معرف فرهنگ اسلامی در قرقیزستان + عکس

2). Çubi Dungan məscidi

Çində 1880-cı ildə baş verən müharibənin ardınca müsəlman Dungan tayfası Qırğızıstanın Qaragöl regionuna köçürlər. Onlar burada özlərinə 1910-cu ildə Çin memarlığı üslubunda məscid tikiblər. Məscid ağacdan tikilsə də tikintidə bir ədəd olsa belə mismardan istifadə edilməyib.

مساجد؛ معرف فرهنگ اسلامی در قرقیزستان + عکس

3). Həzrət Əli (ə) məscidi

Bu məscid Narin şəhərində tikilib. Göy məscid adı ilə də məşhurdur. Məscidin bəzək işləri qədim Oimo tayfalarının üslubu ilə işlənib.

Narin şəhəri dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Əhali sayına görə Qırğızıstanın ən kiçik şəhəridir.

مساجد؛ معرف فرهنگ اسلامی در قرقیزستان + عکس

4). İmam Sərəxsi məscidi

Bu məscidi Türkiyə ölkənin paytaxtı Bişkek şəhərində tikdirib. Sahəsi 3.5 hektar olan məscid Osmanlı memarlığı üslubu əsasında 6 ilə tikilib. Məsciddə 28 min nəfər namaz qıla bilər. Minarələrinin hündürlüyü 70 metrdir. İstanbulun Göy məscidinə oxşayan bu məscid Mərkəzi Asiyanın ən böyük məscidi hesab edilir.

مساجد؛ معرف فرهنگ اسلامی در قرقیزستان + عکس

 /3925878

Ad:
E-poçt:
* Comment:
* captcha: