IQNA

7:21 - October 02, 2020
Xəbər sayı: 3488248
Azərbaycan ordusunun bölmələrinin cari həftənin Çərşənbə Axşamı günü, Sentyabr ayının 30-da cəbhənin şimal istiqamətində apardığı döyüşlərin nəticələrinə dair fotomateriallar yayılıb.

Azərbaycan ordusunun bölmələrinin ötən gün sentyabrın 30-da cəbhənin şimal istiqamətində apardığı döyüşlərin nəticələrinə dair fotomateriallar yayılıb.

Bu fotomateriallarda əks olunan relyef döyüşlərin Ağdərə istiqamətində getdiyini göstərir. Və məlum olur ki, Azərbaycan ordusu düşmənin həm döyüş mövqelərini darmadağın edib və tutub, orada xeyli erməni hərbçilərinin meyitləri qalıb. Eyni zamanda ordumuz düşmənin köməyə gələn hərbi kalonunu da darmadağın edib. Bu zaman çoxsaylı avtomobil texnikası və azı 2 tankın məhv edildiyi kadrlardan görünür. Hazırda ordumuz kadrlardan da göründüyü kimi Ağdərə şəhərinə aparan yola tam nəzarət edir.

Fotomateriallar haqqın.az və virtualaz.org saytı tərəfindən yayımlanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: