IQNA

7:31 - October 27, 2020
Xəbər sayı: 3488462
Çin, Banqladeş və Myanma arasinda Arakanlı müsəlmanların  Myanmaya qayıtması məsələsi müzakirə olunacaq. Danışıqların gələn ay baş tutacağı bildirilir. 
Çin, Banqladeş və Myanma arasinda Arakanlı müsəlmanların  Myanmaya qayıtması məsələsi müzakirə olunacaq. Danışıqların gələn ay baş tutacağı bildirilir. 
Məlumata əsasən, rəsmi Myanma Arakanlı müsəlmanların yaxın zamanda öz vətənlərinə qayıtmaları ucun Pekinlə razılığa gəlməyə çalışır. 
 
Arakan müsəlmanlarının etnik təmizlənməsi
Arakanda 2012-ci ildə Buddistlər və Müsəlmanlar arasında qarşıdurma başlandı, əsasən müsəlman olan minlərlə insan qətlə yetirildi və yüzlərlə ev və müəssisə yandırıldı.
25 Avqust 2017-ci ildə Arakanda sərhəd postlarına eyni vaxtda edilən hücumlardan sonra Myanma ordusu və Buddist millətçilər müsəlmanlara qarşı kütləvi zorakılığa başladılar.
BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mindən çox olub. 
Beynəlxalq insan haqları təşkilatları yüzlərlə kəndin yayımladığı peyk şəkilləri ilə məhv edildiyini sübut etdi.
BMT və beynəlxalq insan haqları təşkilatları Arakanlı müsəlmanlarına qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırır.
Teqlər: arakan ، myanma ، ruhingiya
Ad:
E-poçt:
* Comment:
* captcha: